“Professor Asif Rüstəmli” adlı kitab sərgisi açıldı

“Professor Asif Rüstəmli”  adlı kitab sərgisi açıldı
16 fevral 2024
# 17:50

Bu gün görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin 70 yaşı tamam olur.

Kulis.az xəbər verir ki, bu münasibətlə Milli Kitabxanada professorun yaradıcılığını əks etdirən ənənəvi kitab sərgisi açılıb.

Sərgidə müəllifin əsərləri, tərcümə etdiyi, rəy və ön söz yazdığı kitablar, tərtibçi və redaktoru olduğu ədəbiyyatlar nümayiş etdirilir.

Sərgi bir həftə ərzində ziyarətçilər üçün açıq olacaq.

Qeyd edək ki, Asif Rüstəmli 15 kitabın, 350-dən çox elmi, publisistik məqalənin və məruzənin müəllifi, 20 kitabın tərtibçisi, 2 kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olub, onlara ön söz yazıb. Elmi məqalələri xarici ölkələrdə türk, fars, rus, polyak və macar dillərində çap olunub. Ssenariləri əsasında “Günəş Şərqdən doğur”, “İstiqlal fədaisi”, “Nurlu gələcək naminə” sənədli filmləri çəkilib, Moskvanın “Kinoprodukt” Studiyasının çəkdiyi “Əfsanənin əks üzü” seriyasından “26 Bakı komissarı” sənədli filminin elmi məsləhətçisi olub və filmdə yer alıb.

# 2465 dəfə oxunub

Oxşar xəbərlər

Montrö Klassik Musiqi Festivalında Azərbaycan Mədəniyyət Günləri - İlk dəfə

Montrö Klassik Musiqi Festivalında Azərbaycan Mədəniyyət Günləri - İlk dəfə

14:15 13 sentyabr 2026
Səs maşını - Roald Dahlın hekayəsi

Səs maşını - Roald Dahlın hekayəsi

12:30 13 sentyabr 2026
"Yalnız axmaqlar qəti və arxayın olurlar..." - Mişel de Montenin sitatları

"Yalnız axmaqlar qəti və arxayın olurlar..." - Mişel de Montenin sitatları

10:30 13 sentyabr 2026
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

14:45 12 sentyabr 2026
Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

13:30 12 sentyabr 2026
Məşhur müğənni beynindən əməliyyat olundu

Məşhur müğənni beynindən əməliyyat olundu

13:00 12 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər