“Problem yoxdur" sənədli filmi nümayiş etdirildi

“Problem yoxdur"  sənədli filmi nümayiş etdirildi
19 avqust 2024
# 13:20

Rejissor Elçin Ağazadənin “Problem yoxdur" sənədli filmi növbəti dəfə Fərəh SİB-in təşkilatçılığı ilə Gəncə şəhərində "Ganja Mall Cinema Plus" kinoteatrında nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, əlilliyi olan şəxs Alik Cəfərovun həyat hekayəsindən bəhs edən filmin ilk təqdimat tədbiri Bakıda 04.08. 2024 tarixdə Nizami Kino Mərkəzində iştirakçılar tərəfindən böyük coşquyla qarşılanıb.

Gəncə şəhərində də Azərbaycan Dövlət Himni ilə başlayan tədbirdə pedaqoq Aygün Qasımova və "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin sədri, Milli Paralimpiya Komitəsinin nəzdində paravelosiped idman növü üzrə milli komandanın baş məşqçisi Amid Həsənquliyevin aparıcılığı ilə təşkil olunan təqdimat mərasimində ekran əsərinin özəlliyindən söhbət açılıb. Onlar bu filmin və bu tədbirlərin inklüziv cəmiyyətin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.

Aparıcılar tədbirin ilk təşkilatçıları İlhamə Axundova, Məcid Məcidli və Zivər Xanlarovanın təşkilatçılığı ilə keçirildiyini qeyd ediblər.
İnklüziv təhsil mütəxəssisi Zivər Xanlarova çıxışında təhsildə və cəmiyyətdə inklüzivliyin inkişafı üçün 2018-2024 cü illər ərzində Dövlət Proqramının təsdiq edilməsini diqqətə çatdırıb. O inklüzivliyin əsas mahiyyətinin milli-mənəvi dəyərlərimizlə yaşayan xalqımız üçün yad olmadığını söyləyib. Bildirib ki, bu ali dəyərləri yaşatmaq üçün hər sahədə hər bir vətəndaşın üzərinə düşən vəzifələr var. Bu baxımdan Elçin Ağazadənin indiyə kimi fiziki məhdudiyyəti olan istedadlılara aid çəkdiyi sosial çarxlar, autizmli uşaqlara həsr etdiyi və Amerikanın Florida ştatında "Ən yaxşı sosial film" nominasiyası üzrə qalib olmuş “Uğur böcəyi” sosial filmi olduqca təqdirəlayiqdir. O, istedadlı rejissorun şəhidlər və qazilər üçün çəkdiyi sənədli filmlər, şəhid övladlarından ibarət “Zəfər sədası” klipi, milli dəyərlərlə yanaşı “Cənnət ətri” və “Başqa həyat” kimi mənəvi dəyərləri də aşılayan sənədli filmlərinin nümunə olduğunu misal çəkərək onun yaradıcılığının, fəaliyyətinin bu baxımdan çox təqdirəlayiq olduğunu bildirib.

Sonra "Fərəh" SİB-in təsisçisi, inklüziv sahə üzrə beynəlxalq təlimçi İlqar Hümbətov çıxışında İnklüziv cəmiyyətin hər kəs üçün faydalarını və üstünlüklərini vurğulayıb.

Bundan əlavə, ziyalı ədəbiyyatsevər Əsgər Məmmədov N.Gəncəvi və digər klassiklərimizin şeirlərindən statlar gətirərək dahi şəxsiyyətlərimizin Azərbaycan xalqının yüksək mənəviyyatını nümunə gətirib.

Daha sonra tədbirlərimizə dəstək olan “Azestetik” şirkətinin rəhbəri Fariz Məmmədova təşəkkür edildikdən sonra film nümayiş olunub.
Filmin nümayişindən sonra pedaqoq, sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub və Gəncə Dövlət Universitetinin baş müəllimi, əlilliyi olan tələbələr üçün mərkəzin rəhbəri, İnklüziv təhsil üzrə təlimçi Lamiyə Hacımuradova film haqqında öz gözəl təəssüratlarını paylaşıblar.

Sonda rejissor Elçin Ağazadə ekran əsərinin yaranmasından və bu işdə əməyi keçən digər insanlardan danışıb.

Filmin qəhrəmanı Alik Cəfərovun və anasının səhnəyə gəlişi böyük sevgi və coşqu ilə qarşılanıb.

# 2253 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Elmira Şabanova vəfat etdi

Xalq artisti Elmira Şabanova vəfat etdi

18:59 25 noyabr 2026
Nik Keyv 40 il əvvəlki konsertin  itmiş görüntülərini yayımladı

Nik Keyv 40 il əvvəlki konsertin itmiş görüntülərini yayımladı

18:17 25 noyabr 2026
Məşhur rəssamın əsərləri açıq hava heykəl parkında təqdim olundu

Məşhur rəssamın əsərləri açıq hava heykəl parkında təqdim olundu

17:42 25 noyabr 2026
“Avengers: Doomsday” filminin treyleri rekord qırdı

“Avengers: Doomsday” filminin treyleri rekord qırdı

17:11 25 noyabr 2026
Ceyms Bondun avtomobili Türkiyədə nümayiş etdirilir

Ceyms Bondun avtomobili Türkiyədə nümayiş etdirilir

16:46 25 noyabr 2026
"Glastonbury 2027"nin ulduzları açıqlandı – 81 yaşlı Şer də səhnəyə çıxacaq

"Glastonbury 2027"nin ulduzları açıqlandı – 81 yaşlı Şer də səhnəyə çıxacaq

15:41 25 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər