Prezident mükafatçısı Elçin Əfəndi: "Küçələrdə gecələyirəm"

Prezident mükafatçısı Elçin Əfəndi: "Küçələrdə gecələyirəm"
16 may 2023
# 17:25

Akademik Milli Dram Teatrının aktyoru, Prezident mükafatçısı Elçin Əfəndi küçələrdə gecələyir.

Kulis.az xəbər verir ki, aktyor nə yaşamağa, nə də kirayə qalmağa imkanının olduğunu bildirib:

“Rəhmətik Azərpaşa Nemətovun sağlığında Bakı Şəhər İcra Hakimiyyətinə məktub yazırdı ki, mənə heç olmasa köhnə binadan ev versinlər. Oradan cavab gəldi ki, qeydiyyata aldıq, növbə götürdük. Azərpaşa müəllim əsəbləşib icra hakimiyyətinə zəng etdi, bildirdi ki, “İstəyirsiniz mən cənab Prezidentə teleqram vurum? Sizin fondda 2 otaq ev yoxdur ki, ölkənin bir nömrəli teatrının aktyoruna, Prezident mukafatçısına 2 otaq verəsiniz? Aktyor küçədə yatır. Həmin aktyor səhnədə obraz yaradır, siz də tamaşaya gələndə baxıb dincəlirsiniz, sonra əl çalırsınız. Amma aktyora 2 otaq ev vermirsiz ki, ailəsini, uşağını gətirib insan kimi yaşasın”.

İcra hakimiyyətindən dedilər ki, bunun üçün Mədəniyyət Nazirliyi quruma məlumat verməlidir. Həmin vaxt nazir Anar Kərimov idi. Anar Kərimov teatra tamaşaya baxmağa gəlmişdi. Tamaşadan sonra Azərpaşa müəllim İlham Rəhimli ilə birlikdə problemi nazirə dedi. Nazir də dinləyəndən sonra dedi ki, niyə bizim bundan xəbərimiz yoxdu? Söz verdi ki, bu məsələni Prezidentə deyəcək. Azərpaşa müəllim ölümündən bir gün qabaq mənə dedi ki, Mədəniyyət naziri Adil Kərimliyə deyəcəm, bizə bu məsələdə kömək etsin, səni kücələrdə belə görəndə pis oluram”.

Elçin Əfəndi deyir ki, bu məsələdən bir az sonra Mədəniyyət nazirini vəzifəsindən uzaqlaşdırıblar:

“İndi evsizəm, bu nə qədər davam edəcək bilmirəm. Dəhşət odur ki, oynadığım tamaşaların arasında 7-8 gün fərq olanda rayona gedib- gəlirəm. Ailəm 3 aydır rayondadır, özüm isə dost-tanış qapısında. Bəzən onlardan kimsə evdə olmayanda gecəni küçələrdə keçirirəm. Kirayə çox bahadır, 400 manatdan aşağı normal ev yoxdur. Bunun kommunal xərcləri də var, bu qədər pulu hardan alım? Övladım məndən uzaqda böyüyür, bu, məni narahat edir. Bunu nə insanlıq, nə də Allah götürməz. Hamımız öləcəyik, kimsə bu dünyanı tutub qalmayacaq deyib gülürəm. Kənardan baxan elə bilir ki, məndən bəxtəvər adam yoxdur. İçim qan aglayır. Tamaşa oynayanda fikirim övladımın yanında qalır, xəstə olan günləri də olur, qayğısına qala bilmirəm. İndi mən səhnədə obraz yaradım, yoxsa 405 km məsafədə olan ailəmi, uşağımı düşünüm? Cavabını mənə deyin. Yaxşı ki, həyatda ölüm var…”

Qaynarinfo

# 5020 dəfə oxunub

Oxşar xəbərlər

Marina Abramoviçin  80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

Marina Abramoviçin 80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

18:39 18 noyabr 2026
ADU-da  “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə”  adlı tədbir keçirildi

ADU-da “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə” adlı tədbir keçirildi

17:42 18 noyabr 2026
Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

17:19 18 noyabr 2026
Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

16:46 18 noyabr 2026
Harvard  150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın  qalıqlarını qaytardı

Harvard 150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın qalıqlarını qaytardı

16:17 18 noyabr 2026
Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

15:44 18 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər