Pərviz Cəbrayıl məşhur Almaniya jurnalında

Pərviz Cəbrayıl, yazıçı

Pərviz Cəbrayıl, yazıçı

24 dekabr 2021
# 11:08

Pərviz Cəbrayılın hekayəsi və şeirləri məşhur jurnalda çap olunub.

Müəllifin Kulis.aza verdiyi xəbərə görə, onun "Qətl sınan gecə" hekayəsi və beş şeiri Almaniyada tanınan "Bawülon" ədəbiyyat və sənət jurnalında dərc olunub.

Pərviz Cəbrayıl çap olunmaq tarixçəsini də danışıb:

“Almaniyada yaşayan, Almaniya Yazıçılar Birliyinin üzvü Vüqar Dəmirbəyli məndən hekayə və şeirlərimi istəmişdi. Mən də göndərdim. O da bu mətnləri tərcümə etdi, onları adını unutduğum bir alman yazıçı redaktə etdi, sonra Vüqar bəy onları Almaniyanın bir sıra jurnallarına göndərdi. Bu, hardasa 3-4 il bundan qabaq olmuşdu. Bu gün səhər bu xəbəri aldım. Vüqar bəyə təşəkkür edirəm. Ancaq ona görə yox ki, mənim Almaniyada tanınmış bir jurnalda nəşr olunmağıma vasitəçi olub, heç bir maddi və mənəvi qarşılıq ummadan çapıma nail olub. Məni həmişə narahat edən bir şey vardı: ermənilərdən, başqa millətlərdən fərqli olaraq xaricdə yaşayan heç bir azərbaycanlı sənət adamı öz həmvətəninə bu məsələdə kömək etmir. Edirlərsə də, pulsuz heç nə etməzlər. Ancaq bu, mənimçün inanılmaz fakt oldu. Görünür, arabir möcüzəyə də inanmağa dəyər. Nə deyim, hər halda mənimçün xoş xəbərdi. Bu, xarici ölkədə ikinci çapımdı. Əvvəl İran, indi də Almaniya. Hər kəsə uğur olsun”.

# 3250 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər