Özbəkistanda ölkəmizə dair müsabiqənin nominasiyaları elan edildi

Özbəkistanda ölkəmizə dair müsabiqənin nominasiyaları elan edildi
1 fevral 2024
# 13:40

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında Azərbaycan, habelə Özbəkistanla tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edilib.

Kulis.az xəbər verir ki, müsabiqədə müxtəlif aktual mövzular üzrə nominasiyalar müəyyənləşdirilib. Nominasiyalar arasında Azərbaycan-Özbəkistan, Türk dünyası arasında tarixi dostluq, əməkdaşlıq, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu yer alıb və bu mövzularda məqalələrə üstünlük verilməsi nəzərdə tutulub.

Qeyd olunan mövzular üzrə “İlin televiziya verilişi”, “İlin tərcümə əsəri layihəsi”, “İlin sənədli filmi”, “Dostluq əlaqələrini təbliğ edən ilin ən fəal azərbaycanlı və özbək xadimi”, Özbək mətbuatında dostluğumuz, Azərbaycan haqqında ən çox materiallar dərc edən mətbu orqan, həmçinin Özbəkistanda Azərbaycan dilinin tədrisi və təbliği, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına aid ilin layihəsi və başqa mövzular üzrə qaliblər müxtəlif nominasiyalarda Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər.

Müsabiqədə qalib gələn özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan media-turda iştirak etmək imkanı qazanacaqlar.

Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu media-tur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.

# 1784 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər