"Otel Ruanda" filminin qəhrəmanı azad edildi

"Otel Ruanda" filminin qəhrəmanı azad edildi
25 mart 2023
# 14:05

1994-cü il soyqırımı zamanı insanları xilas edən və Hollivudun çəkdiyi "Otel Ruanda" filmi ilə məşhurlaşan, Ruanda hökumətinin tənqidçisi Pol Rusesabagina 900 gündən çox dəmir barmaqlıqlar arxasında qaldıqdan sonra həbsdən azad edilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Rusesabagina martın 24-də gecə həbsdən azad edilib. Ruanda hökuməti onun terrorizm ittihamı ilə 25 illik cəzasını yüngülləşdirdikdən sonra o, həbsdən buraxılıb. Onun həbsi Qərbdə və hüquq qrupları arasında tənqidlərə səbəb olub.

Rusesabagina silahlı üsyançı qrupa dəstək verməkdə günahlandırılaraq həbs edilsə də, o özü və onu dəstəkləyənlər bunun saxta ittiham olduğunu dəfələrlə bəyan ediblər.
Hökumət sözçüsü Yolande Makolo AFP-yə bildirib ki, onun cəzası "prezidentin sərəncamı ilə yüngülləşdirilib" və onunla birlikdə mühakimə olunan 19 müttəhimin həbs müddəti də dəyişdirilib.

Qeyd edək ki, həm də Belçika vətəndaşı olan Rusesabagina 2018 və 2019-cu illərdə Ruandada 9 nəfərin ölümünə səbəb olan hücumlarda günahlandırılan üsyançı qrup Milli Azadlıq Cəbhəsini (FLN) dəstəkləməkdə ittiham olunurdu.

O, hücumlarda hər hansı əli olduğunu inkar edib lakin Rusesabagina Ruanda Demokratik Dəyişiklik Hərəkatının (MRCD) qurucusudur. 2020-ci ilin avqustunda Birləşmiş Millətlər Təşkilatının da "oğurluq" kimi təsvir etdiyi hadisədə, Burundiyə uçan təyyarə Ruandaya yönləndirildikdən sonra həbs edilib.

Xatırladaq ki, Rusesabagina 1996-cı ildə Ruandanı tərk edərək həyat yoldaşı və uşaqları ilə birlikdə Belçikaya köçüb.
Təxminən on il sonra o, Don Çidlin baş rolda oynadığı 2004-cü ildə çəkilmiş "Otel Ruanda" filminin nümayişi ilə bir gecədə məşhurlaşıb.
Film, 1994-cü ildə Ruanda soyqırımı zamanı onun ailəsi və yüzlərlə etnik tutsilərin otelə sığındığı zaman onun otel müdiri kimi bu insanları necə xilas etməsindən bəhs edir.

Rusesabagina təxminən 800000 Ruandalının ölümünə səbəb olan və Tutsilərin üstünlük təşkil etdiyi yeni hökumətlə sona çatan 100 günlük qırğın zamanı təxminən 1200-ə yaxın insanın həyatını xilas etməyə yardım edib.

Rwanda: Paul Rusesabagina must be guaranteed a fair trial | Amnesty  International UK

# 2138 dəfə oxunub

Oxşar xəbərlər

Arabesk dinlənmələri 435 faiz artdı – Gənclər arasında

Arabesk dinlənmələri 435 faiz artdı – Gənclər arasında

18:48 28 sentyabr 2026
Tanınmış rejissorun yeni layihəsi nüfuzlu festivalda

Tanınmış rejissorun yeni layihəsi nüfuzlu festivalda

18:30 28 sentyabr 2026
“Orient express – Vyanadan Bakıya” konsert proqramı təqdim olundu

“Orient express – Vyanadan Bakıya” konsert proqramı təqdim olundu

18:04 28 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

18:00 28 sentyabr 2026
Məşhur skripkaçı Sergey Erdenko vəfat etdi – “Loyko”, "Rolling Stones" və “Onegin”

Məşhur skripkaçı Sergey Erdenko vəfat etdi – “Loyko”, "Rolling Stones" və “Onegin”

17:46 28 sentyabr 2026
Gənclər Kitabxanasında Mir Cəlal Paşayevin elmi-ədəbi irsi

Gənclər Kitabxanasında Mir Cəlal Paşayevin elmi-ədəbi irsi

17:30 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər