“Oskar mükafatına təqdimat komissiyası” işə başlayır

“Oskar mükafatına təqdimat komissiyası” işə başlayır
12 may 2025
# 18:00

Azərbaycan filmlərinin 98-ci Oskar mükafatına təqdimat komissiyası öz işinə start verir.

Kulis.az xəbər verir ki, beynəlxalq film, əsasən (50%-dən çox), qeyri-ingilis dilində olan ABŞ və onun hüdudlarından kənarda istehsal edilmiş tammetrajlı film (40 dəqiqədən çox) hesab edilir. Animasiya, sənədli və bədii filmlərin qəbulu məqbul hesab edilir.

Rəsmi hesab edilən seçim komitələri “Beynəlxalq tammetrajlı film” kateqoriyasına baxılmaq üçün yalnız bir filmi təqdim edə bilərlər.

Ölkə tərəfindən seçilmiş film ilk dəfə istehsal olunduğu ölkədə yayımlanmalı və 1 oktyabr 2024-cü il və 30 sentyabr 2025-ci il tarixlərindən gec olmayaraq, ən azı yeddi gün ardıcıl olaraq prokatda olmalıdır.

Filmlərin kino nümayişi üçün uyğunluğunu asanlaşdırmaq məqsədilə, Akademiya onların istehsal olunduğu ölkədən kənarda da prokata çıxmasına icazə verir. Şərt ondan ibarətdir ki, film, ABŞ və onun əraziləri xaricində yerləşən kommersiya kinoteatrında, ödənişli şəkildə və ardıcıl olaraq azı yeddi gün nümayiş etdirilsin.

Filmlər DVD və ya fleşkardda Azərbaycan Kinematoqrafçılar İttifaqına təqdim olunmalıdır.

Qeyd edək ki, son tarix 15 iyul 2025-ci ildir.

# 1786 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

20:00 19 oktyabr 2026
Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

18:00 19 oktyabr 2026
Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

16:30 19 oktyabr 2026
Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

16:00 19 oktyabr 2026
"Frieze" tənqid hədəfində:  müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

"Frieze" tənqid hədəfində: müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

15:40 19 oktyabr 2026
35 illik roman  yenidən diqqət mərkəzində

35 illik roman yenidən diqqət mərkəzində

14:20 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər