Orxan Mərdan: “Kino foruma dəvət olunmamağımın səbəbi mənim üçün aydın deyil”

Orxan Mərdan:  “Kino foruma dəvət olunmamağımın səbəbi mənim üçün aydın deyil”
21 aprel 2023
# 20:00

20-21 aprel tarixlərində Bakıda
"Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu keçirilib. Forum çərçivəsində Azərbaycan kinosu ilə bağlı müxtəlif müzakirələr və panellər təşkil olunub.

"Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" panelində həm qonaqlar, həm də müzakirə iştirakçıları tanınmış kinoprodüser Orxan Mərdanın Kino formunda və paneldə iştirak etməməyindən narahatlıqlarını bildiriblər.

Qonaqlar və panel iştirakçıları onun bu müzakirələrdə iştirakının vacibliyini bildirib, son ana qədər O.Mərdanın iştirak edəcəyini gözlədiklərini vurğulayıblar.

Tədbirdə iştirak edənlər onun bu sahədəki xidmətlərini və fikirlərinə ehtiyac olduğunu vurğulayıblar. Qonaqların və kino adamlarının Orxan Mərdanın iştirakı ilə bağlı maraqlanmağı Mədəniyyət nazirinin də diqqətindən yayınmayıb.

Kulis.az məsələni aydınlaşdırmaq üçün kinoprodüser və rejissor Orxan Mərdanla əlaqə saxlayıb. O, Kino forumuna dəvət edilməməsinin səbəbini anlamadığını bildirib:

“Kino formunun keçirləcəyini eşidəndə xüsusilə kino biznesi ilə bağlı panelə dəvət olunacağımı, müzakirələrdə iştirak edəcəyimi düşündüm. Müstəqil kinonun inkişafı ilə bağlı ciddi təkliflərim də var idi. İllərdir, müstəqil kinonun inkişafı üçün çalışıram. Bu sahədə qazandığım nəaliyyətlər və uğurlar kino ictimaiyyətinə, Kino formunun təşkilatçılarına da məlumdur. Məhz belə önəmli və vacib tədbirə nə üçün dəvət olunmadığımı başa düşmürəm.

Forumun təşkilatçıları yaxşı başa düşür ki, mənim bu müzkirələrdə iştirakım Azərbaycan kinosunun və ümumi işin xeyrinə ola bilərdi. Müstəqil Azərbaycan kinosunda uğurlu layihələrə imza atmağım heç kəsə sirr deyil. Əgər təşkilatçılar da, həqiqətən, Azərbaycan kinosunun inkişafında maraqlıdırsa, mənim kimi bu sahənin peşəkarları ilə müzakirələr aparmalıdır.

Mədəniyyət Nazirliyinə və kino ictimaiyyətinə mənim ancaq faydam toxuna bilər. Forumda iştirak etmədiyim üçün etiraz edənlərə isə, narahat olmamağı tövsiyə edirəm. Çünki kinomuzun inkişafı ilə bağlı görülən bütün yaxşı işlərə dəstək verməyə və kömək etməyə hər zaman hazıram".

# 3669 dəfə oxunub

Oxşar xəbərlər

"Şimal qadınları və ezoterizm"  adlı sərgi açıldı

"Şimal qadınları və ezoterizm" adlı sərgi açıldı

15:30 2 noyabr 2026
Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

15:00 2 noyabr 2026
Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

14:00 2 noyabr 2026
Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

13:30 2 noyabr 2026
Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü  keçiriləcək

Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü keçiriləcək

12:30 2 noyabr 2026
"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

12:10 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər