Orxan Mərdan: “Asif Rüstəmov adlı rejissor tanımıram”

Orxan Mərdan:  “Asif Rüstəmov adlı rejissor tanımıram”
14 iyun 2023
# 18:01

Kinorejissor Asif Rüstəmovun APA-ya müsahibəsində səsləndirdiyi bəzi fikirlər narazılığa səbəb olub.

Rejissorun son iki ildə bölgələrdə nümayiş olunan “Zəhər tuluğu” filmi barədə suala verdiyi cavab filmin yaradıcı heyəti tərəfindən narazılıqla qarşılanıb.

Kulis.az məsələnin aktuallığını nəzərə alaraq, adıçəkilən filmin baş prodüseri və rejissorlarından biri Orxan Mərdanla əlaqə saxlayaraq onun da fikirlərini öyrənib.

Orxan Mərdan “Zəhər tuluğu”nun bölgələrdə kütləvi nümayişinin bəzi adamlarda qıcıq yaratdığına diqqət çəkib.

“Açığı, Asif Rüstəmovu tanımıram. Son çəkdiyi filmi də mədəni mərkəzlərin birində gizlincə nümayiş etdirib. Filmin kütləvi baxışa çıxarılmadığını da nəzərə alsaq, çox şey itirmədiyimə əminəm. Əgər “Zəhər tuluğu”nun bölgələrdə nümayişi kimlərdəsə qıcıq, narahatlıq yaradırsa, deməli, işimiz uğurlu alınıb. Bu günə qədər 25 rayonda “Zəhər tuluğu” filminin nümayişini və təqdimatını təşkil etmişik və bütün nümayişlərimiz uğurlu alınıb”.

Prodüser bölgələrdə kinoteatrların olmasının vacibliyini vurğulayıb: “Bölgələri gəzib araşdıran bir kino adamı olaraq, rayonlarımızda kinoteatrların açılmasını vacib hesab edirəm. Striminq platformalar dünyada aktual olsa da, bölgələrimizdə hələ də kinoteatrlara ciddi şəkildə ehtiyacı var. Əgər kinonun inkişafından söhbət gedirsə, bölgələrdə kinoteatrların açılması vacibdir. Bu həm mədəni inkişafa təkan verir, həm də yeni alternativ iş yerləri açılmasına səbəb olur. Bunun əksini düşünənlərin kino sənayesindən anlayışı yoxdur. Mən tanımasam da, ola bilsin, Asif Rüstəmov istedadlı rejissordur. Ancaq bilmədiyi məsələlərdən, xəbərsiz olduğu işlərdən danışmasa, yaxşı olar. O ki qaldı dövlətin pulu məsələsinə, Asif Rüstəmov və onun timsalında fəaliyyət göstərənlər illərdir, dövlətin pulunu məqsədsiz şəkildə yaradıcılıq adı altında havaya sovurublar. İndi dövlət puluna təəssübkeşlik etməkləri gülünc görünür. Əgər dövlət kinonun inkişafı naminə vergi güzəştləri tətbiq edərsə, regionlarda kinoteatrlar açıb və ya bunu güzəştlərlə stimullaşdırarsa, o zaman dövlət pulu ilə kino çəkən Asif Rüstəmov və onun kimi rejissorlar heç kimə lazım olmayacaq. Bəlkə də, bunun narahatlığını yaşayır deyə, regionlarda kinoteatrların olmasını istəmir”.

Orxan Mərdan regionlarda yaşayan və yaradıcılığa, sənətə və mədəniyyətə qiymət verən, bilet alıb kinoya gedən hər kəsə bir daha minnətdarlığımı bildirib.

Xatırladaq ki, Asif Rüstəmov APA-ya müsahibəsində “Zəhər tuluğu” filminin regionlarda nümayişi barədə suala cavab verərkən aşağıdakı fikirləri səsləndirib:

“Kinoteatrda uğursuz film də olur, uğurlu da. Amma bu sistem mürəkkəb bir sistemdir. Bir nəfər gedib Yevlaxda kino göstərib 3000 manat qazanıb deyirsə ki, gəlin Yevlaxda kinoteatr açaq, bu gülüncdür. Sizin pulunuz olsa, siz belə etməzsiniz. Bu avantüradır. Dövlətin puludur deyə, hamı deyir ki, hə, açılsın. Amma baxaq dünyaya: dünyada kinoteatrlar bağlanır. Striminq platformalar kinoteatrların bazarını öldürür.”

Qeyd: kulis.az qarşı tərəfin də fikirlərini dərc etməyə açıqdır.

# 4577 dəfə oxunub

Oxşar xəbərlər

Sürgündə vəfat edən Cümhuriyyət naziri - Onu  nədə ittiham edirdilər?

Sürgündə vəfat edən Cümhuriyyət naziri - Onu nədə ittiham edirdilər?

11:30 14 iyun 2026
Hidayət Orucov vəfat etdi

Hidayət Orucov vəfat etdi

23:50 13 iyun 2026
Flora Kərimova xəstəxanaya yerləşdirildi

Flora Kərimova xəstəxanaya yerləşdirildi

21:00 13 iyun 2026
"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

16:00 13 iyun 2026
Bakıda "Son zəng" - FOTOLAR

Bakıda "Son zəng" - FOTOLAR

13:50 13 iyun 2026
YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

12:30 13 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər