Opera Günlərinin açılış mərasimi keçirilib

Opera Günlərinin açılış mərasimi keçirilib
7 iyun 2025
# 10:10

Heydər Əliyev Sarayında Bakıda ilk dəfə keçirilən Opera Günlərinin açılış mərasimi olub.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində müxtəlif ustad dərsləri, operalar və konsert proqramları təşkil olunacaq.

Tədbirdə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim olunub. Əsas obrazları Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova ifa ediblər.

Operanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı, Rafiz İsmayılov, icraçı rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev, baletmeysteri isə Əməkdar incəsənət xadimi Yuliana Elikşinzadədir.

Qeyd edək ki, Opera Günləri iyunun 25-dək davam edəcək.

# 1563 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

13:30 26 oktyabr 2026
Azərbaycanla  Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

13:17 26 oktyabr 2026
“Bridcet Cons”un yaradıcısından yeni addım:  Ən gülməli yazılara pul mükafatı

“Bridcet Cons”un yaradıcısından yeni addım: Ən gülməli yazılara pul mükafatı

13:00 26 oktyabr 2026
Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu  yubileyi münasibətilə təbrik etdi

Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik etdi

12:51 26 oktyabr 2026
Salli Runi ilə həmrəylik:  İki uşaq yazıçısı qonorarlarını ona verəcək

Salli Runi ilə həmrəylik: İki uşaq yazıçısı qonorarlarını ona verəcək

12:40 26 oktyabr 2026
ISECO:  "Bakı prosesi müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirib"

ISECO: "Bakı prosesi müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirib"

12:40 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər