Ölümün əvvəlcədən bildi, həkimlər ona danışmağı qadağan etdi – Xalq artistinin məzarına qırmızı güllər qoyan naməlum qadın kim idi?

Ölümün əvvəlcədən bildi, həkimlər ona danışmağı qadağan etdi – Xalq artistinin məzarına qırmızı güllər qoyan naməlum qadın kim idi?
3 fevral 2023
# 12:00

Bu gün aktyor, Xalq artisti Hamlet Xanızadənin anım günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında on maraqlı faktı təqdim edir.

Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində anadan olub. Orta məktəbi bitirəndən sonra atası Bəbir kişinin etirazlarına baxmayaraq indiki İncəsənət Universitetinə daxil olub, 1961-ci ildə isə oranı başa vuraraq Akademik Dram Teatrına aktyor kimi işə düzəlib.

***

Dostu Kamal Xudaverdiyevin evinə gedəndə onun qonşuluğunda yaşayan Nailə adlı qadına vurulur. Aktyor 1971-ci ildə Nailə ilə ailə qurur. Onların iki qızı dünyaya gəlir.

Teatr səhnəsində ən unudulmaz obrazı "İblis" tamaşasındakı İblis obrazı olub. Bu tamaşada aktyorun dublyoru Həsən Turabov imiş. Hər iki aktyor rolu gözəl ifa etsələr də, İblis əsasən Hamlet Xanızadənin ifası ilə yaddaşlarda qalıb. Lakin, bu obraz aktyorun teatrdakı son rolu olub. Bu tamaşadan sonra Hamlet Xanızadə həmişəlik teatrdan gedib.

***

Teatrdan uzaqlaşandan sonra baş verən 20 yanvar hadisələri də aktyorun səhhətinə pis təsir edir. 20 yanvar hadisələrin səhəri günü Hamlet Xanızadə dostları ilə birgə şəhərin mərkəzinə gedir. Oradakı yaralıların daşınmasına, meyitlərin tapılıb ailəsinə verilməsinə köməklik edir. Lakin aktyorun qəlbi baş verən hadisələrə tab gətirmir.

Ölümündən iki gün əvvəl ailə üzvlərini də götürüb doğulub boya başa çatdığı Şağan kəndinə gedir. Qohum-əqrəbasının hamısı ilə görüşüb, söhbət edir, hətta 20 yanvar hadisələrindən danışıb ağlayır. Növbəti gün yenidən Şəhidlər xiyabanına gedəndə orda qəfildən halı pisləşir, başından ağrı tutur. Dostları onu evə gətirəndə məlum olur ki, aktyorun beyninə qan sızıb. Həmin günü xəstəxanaya yerləşdirilən aktyor ertəsi gün fevralın 3-də 48 yaşında dünyasını dəyişir.

Hamlet Xanızadə rəhmətə gedənə qədər qohumları ilə münasibəti çox yaxşı olub. Lakin, onun ölümündən sonra ən yaxın qohumlar belə onun ailəsini tək qoyub.

***

"Qətl günü" filmi onun son çəkildiyi film olub. Filmdən əvvəl isə Hamlet Xanızadə Fuad Poladov və Nəsir Sadıqzadə ilə birlikdə yol qəzasına düşürlər. Aktyor çox ağır əməliyyat keçirir. Həkimlər ona danışmağı və ağır işi qadağan etsələr də o, buna əməl etmir və rejissor Gülbəniz Əzimzadənin dəvəti ilə "Qətl günü" filminə çəkilir və filmdə üç fərqli rol ifa edir.

Aktyorun evində uzun illər telefon olmayıb. Bir dəfə bu barədə məmurlardan birinə müraciət etsə də, onun xahişini nəzərə almayıblar. Buna görə də o, bir də heç vaxt bu barədə heç kimə müraciət etmir. Aktyora kimsə zəng vuranda qonşularına zəng vurub onu telefona çağırırmışlar. O, da qonşuya gedib telefonla danışarmış. Rəhmətə gedəndən sonra isə Fuad Poladovun köməkliyi ilə aktyorun evinə telefon çəkililib.

Fuad Poladovla çox yaxın dost olublar. “Qətl günü” filminin çəkilişləri bitəndən sonra aktyorun rəhmətə getməsi filmin səslənməsini yarımçıq qoyur. Onun obrazını səsləndirmək Fuad Poladova tapşırılanda xeyli tərəddüd edib deyir: “Mən səsimi Hamletin səsinə oxşada bilmərəm. Oxşatsam belə, Hamletə baxa-baxa bunu etmək mənim üçün çox çətin olar...”

Deyilənə görə aktyorun qəbri üstünə mütəmadi olaraq bir qadın tərəfindən qırmızı güllər qoyulurmuş. Bu haqda aktyorun ailəsi də heç bir məlumata sahib olmasa da, kənd adamlarının dediyinə görə hər dəfə hündürboylu bir qadın avtomobillə gəlib gülləri düzüb, bir müddət orda ağlayıb gedirmiş. Aktyor rəhmətə gedəndə onun üçün ən çox və yanıqlı-yanıqlı ağlayan qadınlardan biri rejissor Gülbəniz Əzimzadə, digəri isə aktrisa Zərnigar Atakişiyeva olub. Onların hər ikisi Hamlet Xanızadənin qırx mərasiminə qədər evlərinə gedib gəliblər.

# 4112 dəfə oxunub

Oxşar xəbərlər

"Babalarımız bizə türk deməyə tərəddüd edər, dilimizə türk dili deyə bilməz..." - Ərəbistanda əkilən, Azərbaycanda toxunan dil

"Babalarımız bizə türk deməyə tərəddüd edər, dilimizə türk dili deyə bilməz..." - Ərəbistanda əkilən, Azərbaycanda toxunan dil

12:00 8 dekabr 2024
Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirildi

Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirildi

21:57 7 dekabr 2024
Ulucay Akifin yeni kitabının təqdimatı olub - Foto

Ulucay Akifin yeni kitabının təqdimatı olub - Foto

21:49 7 dekabr 2024
Qasım bəy Zakirdən üzü bu yana - Cavanşir Yusifli

Qasım bəy Zakirdən üzü bu yana - Cavanşir Yusifli

15:00 7 dekabr 2024
Rusiya-Amerika münasibətləri ilə bağlı Stiven Siqaldan proqnoz

Rusiya-Amerika münasibətləri ilə bağlı Stiven Siqaldan proqnoz

12:30 7 dekabr 2024
"Tehrana elə bir izahat göndərmişəm ki..." - Axundzadənin Mirzə Yusif xanla yazışmaları

"Tehrana elə bir izahat göndərmişəm ki..." - Axundzadənin Mirzə Yusif xanla yazışmaları

12:00 7 dekabr 2024
# # #