Ölüm ayağında "məni bəzəyin" deyən Xalq artisti – Maraqlı faktlar

Ölüm ayağında "məni bəzəyin" deyən Xalq artisti – Maraqlı faktlar
20 fevral 2023
# 21:00

Bu gün Xalq artisti, maraqlı aktrisa Firəngiz Şərifovanın doğum günüdür. Kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.

Firəngiz Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. Səkkiz yaşında birinci sinifə gedib, rus dilində təhsil alıb. Orta məktəblə yanaşı səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub.

Gallery

Atası görkəmli Azərbaycan aktyoru, teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadə1937-ci ildə şəxsiyyətə pərəstiş dövründə haqsız yerə tutularaq xalq düşməni kimi güllələnib. 1956-cı ildə ölümündən sonra ona bəraət verilib. Anası Mərziyyə Davudova uzun illər Akademik Milli Dram Teatrının ən aparıcı aktrisalarından biri olub.

***

Atası çox istəyirmiş ki, qızı aktyor kimi səhnədə onun yolunu davam etdirsin. Bu səbəbdən də bir gün o, qızının əlindən tutub ailənin yaxın dostu Üzeyir Hacıbəyovun yanına aparır. Onun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprana səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub.

***

Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. 1965-ci ildə vaxtilə işlədiyi yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb və ömrünün sonunadək oranın aparıcı aktrisası olmuşdur.

Nəvəsi müğənni Eldar Qasımov müsahibələrinin birində deyir: “Nənəm xəstə olanda deyirdi ki, mənə nə dərman, nə də yaşamaq üçün vasitələr lazımdır. Bu həyatda, bu bədəndə mən artıq öz missiyamı itirmişəm. Mən sizə ordan kömək edə bilərəm. Oranın gücləri, burdan güclüdür.

***

Aktrisa ömrünün son günlərində belə teatra bağlı olub. Sənət dostlarına qarşı dərin sevgisi olub. Onlarla görüşlərin birində isə belə deyib: "Mən sizləri çox sevirəm. Çox bağlıyam sizlərə. Əgər aylarla, illərlə kimisə görmürəmsə, onu bilin ki, həmişə fikrimdəsiniz, həmişə ürəyimdəsiniz. Çünki siz teatrla bağlı insansınız. Mən də teatram. Mən özüm yoxam, heçəm. Səsim Mərziyyənin səsi, nəfəsim Abbasın nəfəsidir.”

Xalq artisti Tariyel Qasımov onun haqqında deyir: “Firəngiz xanım dahi sənətkar, çox gözəl insan idi. Həmişə deyirdi ki, mənim bu yerə gəlməyimə səbəb Allahın verdiyi istedad və zəhmətdir. Ölümündən əvvəlki son illərdə teatra da gəlmirdi, istəmirdi xəstə vəziyyətində onu kimsə görsün. Ərköyün deyildi, əksinə yumora meyli olan xanım idi. O düzü-düz, əyrini-əyri deyirdi. Bütün rejissorlar onunla işləmək istəyirdi. Amma onun bacarığından kinoda az istifadə etdilər.”

***

Əməkdar artist Bəhram Osmanov: “Firəngiz Şərifovanın adı gələndə heç vaxt unutmadığım bir hadisəni xatırlayıram. 2006-ci ildə Tatarıstanın paytaxtı Kazan şəhərinə qastrol səfərinə gedəndə orda maraqlı hadisə ilə qarşılaşdım. İllər öncə, tatarların məşhur dramaturqlarından biri Kərim Turçirin Abbas müəllimlə olan görüşlərində Firəngiz xanımın üç yaşında fotosunu çəkib. İllər sonra o həmin şəkli mənə verdi ki, Firəngiz xanıma çatdırım. Firəngiz xanım fotonu görüb sevincindən qəhərləndi. Onlar bizim aktrisaları çox sevirdilər, onlara dəyər verirdilər”.

Deyilənə görə çox qürurlu qadın olan Firəngiz xanım danışmağı çox xoşlamırmış. Evinə gələn qonaqlar nə qədər deyib gülsələr də, o, sadəcə dinləməyə üstünlük verirmiş. Amma yeri gələndə hansısa sözü, cümləni deyib hamını güldürməyi bacarırdı.

Deyilənə görə, əri repressiya olunandan sonra Mərziyyə Davudova balaca boxça yığıb. Həmişə evin bir küncündə saxlayırmış ki, indi gəlib onu da aparacaqlar, güllələyəcəklər.

***

Rəhmətə getməzdən əvvəl hər gün bir orqanı sıradan çıxırmış, xəstəliyi şiddətlənirmiş. Aktrisa son günlər başını qaldıra, uzana bilmirmiş. Çətin günlər yaşayan aktrisa son günlərində belə gümrah danışırdı: "saçımı kəsin, üzümə düşür, bəzəyin, qəşəng görsənmirəm".

# 27997 dəfə oxunub

Oxşar xəbərlər

Donan vicdan - Yeni hekayə

Donan vicdan - Yeni hekayə

13:45 15 avqust 2026
“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

11:00 15 avqust 2026
"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

10:30 15 avqust 2026
Əkbər Qoşalının “Yol səni səslər”  şeirlər kitabı rus dilində nəşr olundu

Əkbər Qoşalının “Yol səni səslər” şeirlər kitabı rus dilində nəşr olundu

10:15 15 avqust 2026
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya -  Prezident Kitabxanasında

Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya - Prezident Kitabxanasında

17:30 14 avqust 2026
Bakıda Çinin "İrs Keşikçisi"  sənədli filminin Azərbaycan dilində nümayişi oldu

Bakıda Çinin "İrs Keşikçisi" sənədli filminin Azərbaycan dilində nümayişi oldu

16:00 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər