O, taleyini ara müharibələrdən qoruya bilmədi - Tural Turan

O, taleyini ara müharibələrdən qoruya bilmədi - Tural Turan
10 fevral 2024
# 11:00

Kulis.az Tural Turanın yeni yazısını təqdim edir.

O, sətirlərin arasında günəşin qaranlıq tərəfi ilə sevişən şairdir. O, ürəyinin istisi ilə ovuclarından vurulan dilənçi əllərinin xəritəsini çəkən kentavrdır.

O, uzaqların ağrısını köhnə saat kəfkirindən asmağı bacaran, öz evindən küsərək, komasından birdəfəlik çıxarkən götürdüyü pencəyini alın yazısına bürüyən söz adamıdır.

Onun adı Əlisəmid Kürdür. Dünyaya öz alın yazısını güllələyək gəlib. Alnındakı qırışlardan bütün müharibələrin səngərləri gizlənib.

Əlisəmid Kürün alnı doğrudan da səngərə bənzəyir.

Bəlkə də öz taleyini alnındakı qırışlarda (səngərlərdə) gizlədib.

Amma taleyini ara müharibələrindən qoruya bilmədi...

Həmin qırışıq səngərlərdə isə cəmi üç qüvvə var; Tanrı, söz və Əlisəmid Kür...

Kövrələndə göz yaşları ilə gizlən-qaç oynayacaq qədər qəddar, gülümsəyərkən anidən kövrələ biləcək qədər yuxa insandır bu adam!

Hərdən gözlərinin rənglərində uzaqların ayaq izlərinin səsləri gizlənir.

Hərdən də özünü ovudan bir ovuc duaya bənzəyir bu adam...

Ömrün 70 baharını qucaqlayıb alnından öpən, doğum günlərini öz balası kimi böyüdən adamdır Əlisəmid!

Onun poeziyasındakı bütün paslı bıçaqlardan dost-doğma Vətəni baxır.

Şair bütün zamanların ölümə qaçan əqrəblərinə sözdən başdaşı yoğurub.

Ağzındakı dişlər də elə unudulmuş, doğmaları itkin düşmüş qəbirləri xatırladır.

Əlisəmid Kür poeziyasından ayaqlarını relslərin üzərində unudan çəlikli bir qatar keçir.

Öz ömrünü poeziyaya köçürən şairin söz yaddaşı içinin daş yaddaşından boylanır.

Bir sözlə, o, ilk nəfəsindən sonuncusuna qədər şairdir.

Doğum gününüz qutlu olsun, qorlu qutların atası!

9 fevral 2024, Bakı

# 2941 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər