O ölümə tələsmirdi, o ölümə gecikirdi - Elçin Səlcuqdan maraqlı faktlar...

Elçin Səlcuq, jurnalist

Elçin Səlcuq, jurnalist

10 noyabr 2022
# 21:00

Bu gün mərhum jurnalist Elçin Səlcuqun doğum günüdür. Kulis.az onunla bağlı maraqlı faktları diqqətinizə çatdırır.

1964-cü il noyabrın 10-da Naxçıvanın Şərur rayonunun Yengicə kəndində anadan olmuşdu. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdi.

***

Haqsız hesab etdiyi hadisələrə susa bilmirdi, bəzən səsini, bəzən yumruğunu yüksəldirdi. Avtobusa çox adam yığıb basabas yaradan sürücü ilə də dalaşardı. İnsanların əzilməyinə dözmürdü.

Gallery

Bir dəfə oğlu universitetdə oxuduğu vaxt dərsdən qaçır. Elçini universitetə çağırırlar. Hadisəni atasına nağıl edən oğlu Səlcuq, müəllimin 85 yaşı olduğunu, boş-boş danışdığını deyir. Müəllimlər uşaqları universitetin həyətinə toplayıb danlayırdılar. Birdən Elçin dillənir: “Düz edib qaçıblar.” Hamı şoka düşür ki, necə yəni? Bir valideyn niyə belə desin? Cavabında əlavə edib: “85 yaşlı kişinin zamanı keçmiş söhbətlərinə qulaq asmaqdansa, gedib çörək yesin, çay içsin, heç olmasa, ac qalmaz.”

***

Bir çox tanınmış insanla dostluq münasibəti olan Elçin Səlcuq Naxçıvana gedəndə mütləq Elçibəylə görüşərmiş.

Image result for Elçin Səlcuq"

Elçin Naxçıvanda şagird olanda Vaqif Bayatlının çap olunan şeirlərinin hamısını yığıb şəkli ilə birlikdə bir dəftərçəyə köçürüb. Vaqif Bayatlıgil Bakıya köçəndə Elçin də ali məktəbə qəbul olunmuşdu. Şairin evlərini tapır, qapını döyür, evin qapısı açılır, dəftəri içəri atır və gözdən itir. Sonralar məlum olur ki, o gənc Elçin Səlcuq imiş. Vaqif müəllim bəzən zarafatla deyirdi ki, mənim ilk kitabımı Elçin Səlcuq öz əlyazmasında buraxıb.

***

Elçin Səlcuq Naxçıvanda ədəbi məclisin üzvü olub. Şeirə, ədəbiyyata çox marağı vardı. Bir dəfə sinif yoldaşı ilə birlikdə kəndin kitabxanasından kitab da oğurlayıblar. Məsələnin üstü açılsa da şikayət-filan olmayıb.

***

O, fiziki cəhətdən çox hazırlıqlı idi. Güləşlə məşğul olmuşdu. Boyu balaca olsa da özündən çəkicə ağır insanlarla güləşir, çox vaxt qalib gəlirdi. Dostları ilə də güləşər, zarafatlaşardı. Bir dəfə bağda Aqşin Yeniseyi pal-paltarlı götürüb hovuza atıbmış. Sonra Aqşinin pərt olduğunu görüb, özü də hovuza atılır.

***

Dövrün populyar “Detektiv” qəzetinin həm təsisçisi, həm də baş redaktoru olub. Kollektivlə o qədər səmimi münasibəti olub ki, onunla işləyənlər bu mehribanlığı və təəssübkeşliyi heç vaxt unutmurlar.

Gallery

Söyüşlə danışırdı. Lakin elə bir xarizması vardı ki, adamlar onun söyüşündən və nadinc hərəkətlərindən incimirdilər.

***

Hörmətli məclislərin birində Elçin Səlcuq da daxil olmaqla gənc qələm sahiblərinə söz vermirlər. Gənclər söz istəyəndə belə heç kim onları saya salmır. Bu vaxt Elçin orta stolun üstündə ayağa qalxıb qışqırır: “Ey, sluşi! Ya skazal!”

Onun məşhur bir sözü var: insanı əbədi deyil, müvəqqəti ayrılıqlar ağrıdır...

***

Bir dəfə içkiyə görə həkimə gedir. Həkim deyir içsən, öləcəksən. Elçin Səlcuq cavab verir: “Sən içməyib, neyləmisən?”

***

Ömrünün son günlərində içkiyə görə sarılıq xəstəliyinə tutulmuşdu. Sumqayıtda xəstəxanada 15 gün qalır. Həkimlər tapşırır ki, siqaret, içki qətiyyən olmaz. Bir-iki ay pis vərdişlərdən uzaq gəzən Elçin Səlcuq dözə bilmir və yenidən içməyə başlayır. Bundan sonra isə olanlar olur və 2009-cu ilin 17 dekabrında dünyasını dəyişir.

Aqşin Yenisey onun haqqında yazmışdı: “O ölümə tələsmirdi, o ölümə gecikirdi.”

# 15328 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənni əməliyyat olundu – Pərəstişkarları məyusdur

Məşhur müğənni əməliyyat olundu – Pərəstişkarları məyusdur

18:15 5 avqust 2026
Amerikalı fenomen xəstəxanaya yerləşdirildi – Səbəb

Amerikalı fenomen xəstəxanaya yerləşdirildi – Səbəb

17:00 5 avqust 2026
“The Voice”də böyük format dəyişikliyi – Məşhurlar yarışacaq?

“The Voice”də böyük format dəyişikliyi – Məşhurlar yarışacaq?

16:30 5 avqust 2026
Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası

Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası

16:00 5 avqust 2026
Asket şair, yorulmaz dilçi  - Onun hansı şeiri Norveçdə qeyri-rəsmi milli himn sayılır?

Asket şair, yorulmaz dilçi - Onun hansı şeiri Norveçdə qeyri-rəsmi milli himn sayılır?

13:40 5 avqust 2026
Məşhur aktrisa rolu üçün hicab geyindi

Məşhur aktrisa rolu üçün hicab geyindi

13:10 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər