“Nizami Gəncəvi” hekayə müsabiqəsinin qalibləri açıqlandı

“Nizami Gəncəvi”  hekayə müsabiqəsinin qalibləri açıqlandı
2 dekabr 2021
# 10:02

Mədəniyyət Nazirliyinin elan etdiyi “Muzey eksponatının hekayəsini sən danış: Nizami Gəncəvi” hekayə müsabiqəsinin qalibləri dekabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində mükafatlandırılıb.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva “Nizami Gəncəvi İli” çərçivəsində ölkəmizdə və xaricdə çoxsaylı silsilə tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, bu tədbirlərə olan böyük maraq bir daha Nizami irsinin əsrlər ötüb keçməsinə baxmayaraq, öz aktuallığını daim qoruyub saxladığının göstəricisidir.

Nizami Gəncəvinin bütün dünya ədəbiyyatında iz buraxmış dahi şəxsiyyət olduğunu söyləyən nazir müavini deyib: “O, “Xəmsə”nin müəllifi kimi Şərq intibahının banisi hesab olunur. Əlişir Nəvai və Füzuli kimi şairlər Nizami yolunun davamçılarıdırlar. Nizami fəlsəfəsi Dante, Şekspir kimi yazıçıların yaradıcılığında öz əksini tapır. Azərbaycanda Nizamişünas alimlər yetişib. Nizami irsi nəinki Azərbaycana, həm də bütün bəşəriyyətə məxsus bir dəyərdir”.

Nazir müavini, həmçinin Nizami Gəncəvinin bu gün də müasirimiz kimi ədəbiyyat və mədəniyyətimizə öndərlik etdiyini, yüzilləri keçib gələn bəşəri ideyaları ilə yolumuza işıq saçdığını qeyd edib.

Sonda dahi şairin həyat və yaradıcılığının əks olunduğu sənət nümunələrinə həsr olunan ən yaxşı hekayələrin seçilməsi məqsədilə keçirilmiş müsabiqənin qalibləri diplom və hədiyyələrlə təltif ediliblər.

Qeyd edək ki, müsabiqəyə 50-dən çox iştirakçı öz əsərlərini təqdim edib və onlardan 3 qalib seçilib. Birinci yerə “Şəhid ilə Xarıbülbülün məhəbbəti” hekayəsinin müəllifi Nərgiz Həşimova, II yerə “Bəhram şah yeddi gözəlin portretinə baxır” hekayəsinin müəllifi Aişə Səfərova, III yerə “Nakam sevginin xatirəsi” hekayəsinin müəllifi Ömər Məmmədzadə layiq görülüblər.

# 3914 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər