Nizami Beynəlxalq Forumuna həsr olunan brifinq keçirildi

Nizami Beynəlxalq Forumuna həsr olunan brifinq keçirildi
23 noyabr 2021
# 14:10

"Bildiyiniz kimi, cənab Prezidentin sərəncamı ilə bu il Nizami Gəncəvi ili elan edilib. Mədəniyyət Nazirliyi olaraq Nizami Gəncəvi ili çərçivəsində müxtəlif tədbirlər keçirilib. Sabah başlayacaq forum da həmin tədbirlərdən biridir”.

APA-nın məlumatına görə, bunu Nizami Gəncəvi Beynəlxalq Forumuna həsr olunan brifinqdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

Gəncədə “Nizami Gəncəvi İli”nə həsr olunmuş tədbir keçirilib - FOTO
UNESCO Mədəniyyət Komissiyasının iclasına ilk dəfə Azərbaycan sədrlik edir
Elnur Əliyev: “Hazırda əsas bərpa prosesi Şuşa şəhərində gedir”
Onun sözlərinə görə, bu tədbir üç gün davam edəcək. E. Əliyev bildirib ki, sabahkı tədbirdə bir neçə ölkənin mədəniyyət nazirinin iştirakı gözlənilir: “Üç gün ərzində dünyanın müxtəlif yerlərindən gələn alimlər Nizaminin onların coğrafiyasına təsirindən danışacaq”.

24-26 noyabr tarixlərini əhatə edəcək Nizami Gəncəvi Beynəlxalq Forumu dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirərək “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, ”Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır. Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) keçiriləcək.

# 2618 dəfə oxunub

Oxşar xəbərlər

Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
Lokarno Film Festivalının ekran əsərləri Türkiyədə nümayiş olunacaq

Lokarno Film Festivalının ekran əsərləri Türkiyədə nümayiş olunacaq

16:03 12 noyabr 2026
"Prada" brendindən yeni sərgi - NASA-nın Ay missiyasının skafandrı nümayiş olunur

"Prada" brendindən yeni sərgi - NASA-nın Ay missiyasının skafandrı nümayiş olunur

15:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər