Nizaməddin Şəmsizadənin açıq məktubu

Nizaməddin Şəmsizadənin açıq məktubu
21 avqust 2024
# 16:00

Kulis.az professor Nizaməddin Şəmsizadənin açıq məktubunu təqdim edir.

Azərbaycan Respublikasının Elm və təhsil naziri, cənab Emin Əmrullayevə

Azərbaycan Respublikasının Mədəniyyət naziri, cənab Adil Kərimliyə

Açıq məktub

Hörmətli cənab nazirlər!

Məni bir alim, ziyalı kimi narahat edən vacib problemlə bağlı bu məktubu yazmalı oldum.

Avropalılardan fərqli olaraq biz humanitar təfəkkürlü xalqıq. Ona görə də revanşizmə, müharibəyə yox, sülhə meyilliyik. Avropalılar isə texnokrat təfəkkürə malikdir, dağıdıcıdır.

Biz uşaqlıqdan nağıllar, əfsanələr, rəvayətlərlə tərbiyələnmiş, xeyirin şər üzərində qələbəsinə inam ifadə edən millət olmuşuq.

İndi zəmanəmizdə dahilik və qəhrəmanlıq üçün tarixi şərait var. Hər günü bir ilə bərabər 44 günlük müharibədə qazandığımız Zəfər Prezident, Ali Baş Komandan, ordu və xalq birliyi sayəsində şəhidlərimizin canı, qazilərimizin qanı bahasına başa gəldi. Bu tarixi Zəfərdə müstəsna rolu olan igidlərimiz - general Polad Həşimov, Topçu İskəndər, bir erməni generalını, bir polkovnikini əlləri ilə boğub öldürən Cəbrayıl Dövlətzadə, əfsanəvi Mübariz İbrahimov, Natiq Qasımov, dırnaqları ilə sıldırım qayalara dırmanıb Şuşanı azad edən əfsanəvi qəhrəmanlarımızın adları nağıllarda, əfsanələrdə, rəvayətlərdə əbədiləşməlidir.

Cürbəcür kompüter texnologiyalarının yaddaşına etibar etmək olmaz.

Qəddarlığı ilə tarixə düşmüş Sultan Mahmud Qəznəvi böyük alim Əl Biruniyə deyirdi ki, qalalar, ehramlar, dəbdəbəli saraylar dağılıb gedəcək, sən mənim barəmdə kitab yaz, kitab əbədidir.

İndi siz də adları çəkilən və gizli qalan qəhrəmanlarımız haqqında sadə və dərin nağıllar, cazibədar əfsanələr, rəvayətlər, uşaqlar üçün hekayələr yazılması ilə bağlı müsabiqə elan etsəniz, bu millətə əbədi xidmət olar. Bizdən sonrakı nəsillər zaman-zaman onları oxuyub, yaddaşlarına köçürər.

Dünyanın böyük şəxsiyyətlərindən biri, Türkün düşməni I Pyotr deyirdi: "Bir türk bir alman alayıdır, iki türk bir alman ordusudur, üç türkü heç vaxt birləşməyə qoymayın, amandır".

Biz işğalçı yox, fateh türk millətinin adını yüksəltmişik. Mənim dostum, Xalq şairi Nəriman Həsənzadə yana-yana yazır:

Tarix bizim olubdur,

Tarix yazan özgələr.

Tarixə düşməyibdir

Bizim tarixi hünər,

Bizim tarixi zəfər.

Misilsiz tarixi Zəfərimizi tarixə salmaqda Sizin də rolunuz böyük ola bilər.

Dərin hörmətlə...

24.07.2024

# 2148 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər