"Nisan" filminin təqdimat mərasimi keçirildi

"Nisan"  filminin təqdimat mərasimi keçirildi
18 mart 2024
# 16:56

13 martda Park Cinema Kinoteatrında Türkiyənin Eslem film şirkəti tərəfindən istehsal edilən “Nisan” filminin nümayişi keçirildi.

Kulis.az xəbər verir ki, xronometrajı 75 dəqiqə və dram janrında olan filmin rejissoru və ssenaristi İbrahim Bülbüldür. Filmin büdcəsi 230 min manatdır. Filmdə əsas rollarda Erhan Ufak, Canan Nəzirova, Novruz Cəfərov, Rəşad Kəsəmənli, Murad Abdullayev, Səbuhi Zaman, Şahin İmaməliyev, Vurğun Həsənov, Cihan Şəntürk, Şeyda Aydın iştirak ediblər.

Filmin mövzusuna əsasən Tamer yağışlı bir gündə boş küçədə tənha gəzərkən balaca bir it balasına rast gəlir. Onu evə aparır, adını Nisan qoyur. Tamer Nisanın qayğısına qalır və böyüdür. Bir gün bir silahlı dəstə Nisana atəş açır. Tamer polisə şikayət edir. Orada Serap adlı polis onun dərdinə şərik olur. Tamer itini öldürənləri təqib edir və onlardan bu əməli nə üçün törətdiklərini öyrənmək istəyir. Arada yaranan mübahisədə Tamer özünü qorumaq məqsədilə bir gənci öldürmək məcburiyyətində qalır. Polisin isə son hadisədən xəbəri yoxdur.

Türkiyə və Azərbaycan ortaq işi olan “Nisan” filminin çəkilişləri iki il əvvəl Türkiyədə və Azərbaycanda aparılıb.

Film 14 marttan etibarən Nizami Kino Mərkəzində və Park Cinema kinoteatrlarında nümayiş etdirilir.

# 2255 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər