Nəvəsinin toyundan çıxıb avtobusda ölən Xalq artisi

Xalq artisti Ağaxan Salmanlı

Xalq artisti Ağaxan Salmanlı

29 oktyabr 2021
# 12:35

Bu gün Xalq artisti Ağaxan Salmanlının anım günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Ağaxan Əli oğlu Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949-1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb.

***

Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Ağaxan Salmanov 1978-ci ildə əməkdar artist, 2005-ci ildə Xalq artisti adı alıb. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir.


Xalq artistləri Ağaxan Salmanlı, Flora Kərimova

Ağaxan Salmanov 1971-ci ildən pedaqoji fəaliyyətə başlayıb. Müxtəlif tədris müəssisələrində aktyorluq sənəti, səhnə danışığı, səhnə texnikası, etika, estetika fənnləri, rejissorluq sənətindən dərs deyib.

***

Ağaxan Salmanlı “Romeo və Cülyetta”, “Yuxulama”, “Məhəbbət bir bəladır”, “Pul dəlisi”, “Ovod”, “Tamahkar”, “Danabaş kəndinin məktəbi”, “Nənənin kələyi”, “Oliver Tvistin macəraları”, “Buzovna kəndinin əhvalatları”, “Əlincə qalası” tamaşalarda maraqlı obrazlar yaradıb.


Soldan: Yasin Qarayev, Loğman Kərimov, Ağaxan Salmanlı, Nəsibə Zeynalova, Gülşən Qurbanova

Aktyor 1964-cü ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. Aktyorluqla yanaşı Ağaxan Salmanlı həm də rejissor kimi fəaliyyət göstərib. Əsasən uşaq tamaşaları hazırlayan aktyor son illər ona tamaşa və rol verilməməsindən şikayətçi olub. Müsahibələrinin birində o, deyir: “Mənə yeni tamaşa verilmir. Amma 3 tamaşam - “Dovşanın ad günü”, “İncəbel qarı” və “Tıq-tıq xanım” repertuardadır. Başqa tamaşalarımı çıxardılar ki, bunların formatı yeni dövrün formatına uyğun gəlmir. İki ildə “Şeyx Sənan”da Şeyx Kəbir və “Oliver Tvistin macəraları”nda Fecin rolunda iştirak etmişəm. 20-dən artıq tamaşa hazırlanıb, mən cəmi ikisində rol almışam. Rejissor kimi də tamaşalar verilmir. Çünki mən ştatda aktyoram, rejissor yox. Məni bir az küncə sıxıblar ki, onlara mane oluram. 1965-ci ildən Bədii Şuranın üzvü olmuşam. Ötən il isə məni Bədii Şuradan çıxardılar ki, “bəsdir oturdun burda, qoy, indi də gənclər otursun”.


Ağaxan Salmanov, Rəhman Rəhmanov, Nahidə Orucova

Aktyor 28 nəvəsinin toyunda iştirak edib, şənlənib. 29 fevral 2020-ci ildə səhər saatlarında avtobusda yol gedərkən qəfildən dünyasını dəyişib. Suraxanı qəbiristanlığında dəfn olunub.


Aktrisa Zemfira Əbdülsəmədova, Ağaxan Salmanlı

Xalq artistinin oğlu Mətin atasının qəfil ölümü haqqında deyir:

“Atam gecə qızımın toyunda dedi, güldü, oynadı. Səhər danışdıq, dedi, sizə gəlirəm, oradan da teatra gedəcəm. Sürücü zəng elədi ki, kişi özündən getdi. 10 gün əvvəl iflic olmuşdu, amma sağaldı. Yaxşı idi, ölümünü gözləmirdik. Gecə ürəyinə damıbmış ölümü, vəsiyyət etdi ki, nəticəm olsa, adını özün qoy”.

# 17303 dəfə oxunub

Oxşar xəbərlər

"Mən cəhənnəmə getmək istəyirəm, çünki..." - XIII əsr fransız cəngavər romanından bir hissə

"Mən cəhənnəmə getmək istəyirəm, çünki..." - XIII əsr fransız cəngavər romanından bir hissə

14:40 9 mart 2026
Məşhur türk şair vəfat etdi

Məşhur türk şair vəfat etdi

14:25 9 mart 2026
"Mənzərəyə açılan ev"  sərgisi açıldı

"Mənzərəyə açılan ev" sərgisi açıldı

14:00 9 mart 2026
"Şəhid atası... və ya Vətən adam!" - Esmira İsmayılova

"Şəhid atası... və ya Vətən adam!" - Esmira İsmayılova

13:20 9 mart 2026
IX əsrə aid kütləvi məzarda nəhəng skelet aşkarlandı

IX əsrə aid kütləvi məzarda nəhəng skelet aşkarlandı

11:30 9 mart 2026
Azərbaycanın aşıq və muğam musiqisi Londonda

Azərbaycanın aşıq və muğam musiqisi Londonda

10:45 9 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər