“Nəşr məhsullarının satın alınması” müsabiqəsinin nəticələri müəyyənləşdi

“Nəşr məhsullarının satın alınması”  müsabiqəsinin nəticələri müəyyənləşdi
26 dekabr 2023
# 14:30

Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların kitab fondlarını yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə 2023-cü il iyulun 24-də elan olunan “Nəşrlərin satın alınması müsabiqəsi”nin nəticələri müəyyənləşib.

Kulis.az xəbər verir ki, şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqə nazirlik tərəfindən yaradılan Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satın alınması üzrə Komissiya tərəfindən həyata keçirilib. Komissiya müəlliflər və müəlliflik hüququ sahibləri tərəfindən müsabiqəyə təqdim olunan kitabları qiymətləndirib, eyni zamanda kitabxanaların təqdim etdiyi oxucuların sorğu kitabçasına əsasən hazırlanmış statistik məlumatları nəzərə alıb. Müsabiqəyə təqdim olunan nəşrlər arasından komissiya tərəfindən 546 adda kitab (41 098 nüsxə) kitabxana fondlarının komplektləşdirilməsi baxımından məqsədəuyğun hesab edilərək satın alınmasına qərar verilib.

Kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi məqsədilə komissiyanın seçiminə əsasən, “Qanun”, “Teas Press”, “Hədəf” nəşrləri”, “Everest”, “Təhsil”, “Ağıllı bala”, “Ting”, “Parlaq imzalar”, “Mücrü”, “MİMTA”, “Libra”, “Qələm”, “Qələm Çingizoğlu”, “Qədim Qala”, “Kosmo”, “Jeko Print”, “Xan”, “Alatoran”, “Altun kitab”, “Başla kitab”, “Bookzone Group”, “Çapar”, “Əli və Nino”, “AVE Print”, “Kitabçı” nəşriyyatlarından və Bakı Musiqi Akademiyasından kitabların alınması həyata keçiriləcək.


Xatırladaq ki, nazirlik tərəfindən bu il kitabxanalarda daha çox tələbat olan və uzun illər kitabxanalara göndərilməyən elmi və elmi-kütləvi nəşrlərin satın alınmasına üstünlük verilib. Komissiyanın qərarı ilə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, filologiya elmləri doktoru İslam Sadıqov, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Tehran Əlişanoğlu, ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyev, tarix elmləri doktoru Fərhad Cabbarov, yazıçı Qüdrət Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru Elşən Bayramzadə, yazıçı Əlisgəndər Salamov, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru İlhami Cəfərsoy, Əməkdar mədəniyyət işçisi Aygül Qaradağlı, Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, tədqiqatçı, yazıçı Adıgözəl Məmmədov və yazıçı, tərcüməçi Emin İmanlıdan kitablar satın alınır.

Eyni zamanda 2023-cü il ərzində Mədəniyyət Nazirliyinə təqdim edilən 83 adda nəşr layihəsi komissiyanın üzvləri tərəfindən oxunaraq qiymətləndirilib. Komissiyanın qərarına əsasən, 21 adda kitabın nazirliyin nəşr planına daxil edilməsi məqsədəuyğun sayılıb.

# 1652 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər