“Nəsildən-nəslə teatr” layihəsinin yeni paneli təqdim olundu

“Nəsildən-nəslə teatr”  layihəsinin yeni paneli təqdim olundu
5 noyabr 2024
# 11:03

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Nəsildən-nəslə teatr” layihəsi uğurla davam edir.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində keçirilmiş tematik seminarın “Dramaturgiya: əvvəldə söz var idi” adlı paneli 4 noyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə teatrın kiçik səhnəsində baş tutub.

Panelin qonağı yazıçı, dramaturq İlqar Fəhmi gənclərlə dramaturgiya sənətinin sirləri, nəzəri-praktiki əsasları, yeni yaradıcı tendensiyalar, postmoderniz-postdramatizm fəlsəfəsi müstəvisində teatr və mətn kimi mövzularda fikir mübadiləsi aparıb.

Dramaturq həmçinin mədəni, tarixi məqamlara da toxunaraq sözün gücünün onun düzgün çatdırılmasında olduğuna diqqət çəkib.

Seminarın keçirilməsində məqsəd nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, teatra müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.

“Nəsildən-nəslə teatr” seminarları çərçivəsində teatr sənətçiləri ilə interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulub.

# 3003 dəfə oxunub

Oxşar xəbərlər

Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

15:35 13 noyabr 2026
30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

14:54 13 noyabr 2026
Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

14:27 13 noyabr 2026
Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

14:13 13 noyabr 2026
Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

14:00 13 noyabr 2026
Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

13:38 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər