"Neftçi" azarkeşləri Prezidentdən nə istəyir?

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

16 sentyabr 2024
# 14:50

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.


Ölkədə işlər get-gedə cığırından çıxır. Hamının başı qaçıb. Hadisələrə nəzarət eləmək olmur. İt izi at izinə qarışıb.

“Formula bir” bir yandan,
COP-29 da bir yandan,
suallar, stress də bir yandan! S. O. S!

Yox, o başqa söhbət idi, qarışdırdım. Nəysə...

Bu həngamədə qarşıma xəbər çıxır:

“Neftçi futbol klubunun azarkeşləri Prezident İlham Əliyevə açıq məktub ünvanlayıb”.

Özümü saxlaya bilməyib pıkkıldayıram. Ki, bir futbol klubunun azarkeşləri Prezidentdən nə istəyə bilər?

Dözməyib xəbərə girirəm. Məktubu oxuyuram.

Uzun sözün qısası, azarkeşlər komandalarının bərbad çıxışından narazıdılar. Zarafat deyil, liqada keçirdikləri son altı oyunda bir dənə də qələbə qazanmayıblar. O gün də “Zirə”yə uduzdular.

“Yol əhvalatı” filmində Səyavuş Aslanın dediyi cümlə yadıma düşür: “Əşi, Neftçinin udan günü var ki?!”

Ölkədə kimin nə problemi olur, istəyirlər Prezident həll eləsin.

Bağçada problem olur... Prezidentə məktub!
Məktəbdə problem olur... Prezidentə məktub!
Universitetdə problem... Prezidentə məktub!

Ya nə bilim, hamı bir-birini Prezidentlə hədələyir.

İndi də bir yandan “Neftçi” azarkeşləri...

Axı Prezident bu “Neftçi”yə neyləsin?

SOCAR-ın pulu “Neftçi”də, şərait “Neftçi”də, gün-güzəran “Neftçi”də...

Başqa nə olmalıdı?

Bir dənə qalıb çıxıb yaşıl meydanda top dalınca qaçmaq, düzgün pas vermək, qapıya zərbə vurmaq.

Onu da çıxıb Prezident eləyəsidi sizin əvəzinizə?
Utanmasalar, deyəcəklər ki, “Prezident qapıda dayansın, ona heç kim qol vura bilməz”.

Olmaz axı...

Yığışdırın belə söhbətləri.

Uşaq bağçasıdı elə bil.

# 5202 dəfə oxunub

Oxşar xəbərlər

Yeraltı küçə mədəniyyətinin 60 illik təkamülünü sənədləşdirən sərgi açıldı

Yeraltı küçə mədəniyyətinin 60 illik təkamülünü sənədləşdirən sərgi açıldı

12:16 18 noyabr 2026
Süni intellekt musiqi kliplərinin də yaradılmasına başlayır – “Suno” yeni alətini təqdim etdi

Süni intellekt musiqi kliplərinin də yaradılmasına başlayır – “Suno” yeni alətini təqdim etdi

11:46 18 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

11:17 18 noyabr 2026
“Warner Bros.” və “Paramount”da böyük dəyişiklik – “DC Studios”un rəhbərliyi də yenilənir

“Warner Bros.” və “Paramount”da böyük dəyişiklik – “DC Studios”un rəhbərliyi də yenilənir

10:48 18 noyabr 2026
23 yaşlı rəssamın qətli ilə bağlı yeni detallar açıqlandı

23 yaşlı rəssamın qətli ilə bağlı yeni detallar açıqlandı

10:32 18 noyabr 2026
500 il əvvəlki “qiyamət xəbərləri”  hərraca çıxarılır

500 il əvvəlki “qiyamət xəbərləri” hərraca çıxarılır

10:17 18 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər