"Necə oldu ki, Flora xanım türk paşasına qarşı təhqiramiz ifadə işlətdi?” - Baba Vəziroğlu

"Necə oldu ki, Flora xanım türk paşasına qarşı təhqiramiz ifadə işlətdi?” - Baba Vəziroğlu
4 sentyabr 2023
# 18:40

Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu Xalq artisti Flora Kərimovaya aid olduğu iddia edilən türk xalqına qarşı təhqir dolu ifadələrdən ibarət səs yazısının yayılmasına münasibət bildirib.

Kulis.az xəbər verir ki, B.Vəziroğlu Pravda.az-a açıqlamasında səs yazısının Flora Kərimovaya aid olduğuna inanmadığını deyib.

"Flora xanım elə bir ömür, həyat, sənət yolu keçib ki, onun bu gün bəraətə, dəstəyə ehtiyacı yoxdur. Əlbəttə ki, yayılan səs yazısı montajdır. Mən bu sahədə mütəxəssis deyiləm, amma Flora xanımın bir-iki çıxışına baxıb ondan da qəşəng montaj edərəm. İndiki cücələr cip-cip etməyəndə Flora xanım hələ Sovet dönəmində öz türk sevgisi, türk təəssübkeşliyi ilə Sovet hökumətinə meydan oxuyurdu. Flora Kərimovanın bir tərəfi təmiz Qəbələ türküdür, bir tərəfi Şuşa türkü, necə oldu, gəlib türk paşasına qarşı təhqiramiz ifadə işlətdi? Mən heç o sözləri dilimə də gətirmək istəmirəm. Flora xanıma bu gündən sonra belə şeylər yapışmaz. “Canlı korifey” sözündən zəhləm gedir, çünki dünən toyda oxuyanlara da “korifey” deyirlər. Flora Kərimova Azərbaycan mədəniyyətinin canlı heykəlidir. Dəfələrlə demişəm ki, azərbaycanlıların 90%-i oxuyan, yazan, çalıb-oyanayandı, yəni istedadlı xalqdır. Amma mədəniyyətdə hadisə olmaq, mərhələ, məktəb, universitet, akademiya olmaq tamam başqa bir şeydir. Flora xanım həm öz şəxsiyyəti, həm sənəti ilə bu xalqın adını həmişə ucaldıb. Quraşdırıb onun adından yazıblar.

Vallah, ayıbdır. Boş-bekar, kölgədə qalan adamlardır. Özlərinə reytinq, reklam qazanmaq istəyirlər. İndi reklamı hər cür qazanmaq olar. Sabah “Tarqovı”da, yaxud İstiqlaliyyət küçəsində soyunub, əcaib hərəkət etməklə də iki-üç aylıq trend olmaq, məşhurlaşmaq olar. Amma sənətdə zirvədə öz yerini tutmaq istəyən adama Flora xanımın ömrü lazımdır ki, o zirvəyə çatsın.

Heydər Əliyevə həsr etdiyim bir misram var: Sən elə bir zirvəsən, küləklər neyləyəcək?” Elə bilirsiniz ki, vaxtilə Ulu Öndərin arxasınca deyilən, yazılan şeylər olmayıb? Mən bunları görmüşəm. Bəs zirvəyə nə oldu? Zirvədən bir daş qopdu? Yox! O zirvəyə daş atanlar indi haradadırlar? Allah bilir... Nə meydandadırlar, nə siyasətdə, nə də insanlığın sırasında. Bu, təkcə Heydər Əliyevə aid deyil ki. Öz sahəsində ucalan bütün insanlara aiddir. Heydər Əliyev siyasət olimpinin zirvəsində idi, Flora Kərimova isə sənət zirvəsində. İstəyir, lap tufanlar qopsun, dağdan çınqıl da qopara bilməz. Özü özünü təsdiq etmiş, 200 milyonluq Turan ellərində sənət zirvəsini qazanmış adamın Baba Vəziroğlunun, yaxud Ramiz Rövşənin dəstəyinə ehtiyacı var? Əlbəttə, yox...”, - B.Vəziroğlu deyib.

# 4824 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda tarixi binanın qapısının sökülməsi ilə bağlı protokol tərtib edildi

Bakıda tarixi binanın qapısının sökülməsi ilə bağlı protokol tərtib edildi

12:40 26 noyabr 2026
Londonun qaranlıq üzünü açan kitab ilin ən yaxşısı seçildi

Londonun qaranlıq üzünü açan kitab ilin ən yaxşısı seçildi

12:39 26 noyabr 2026
Teylor Svift haqqında 4500 sözlük yazı yeni mübahisə yaratdı

Teylor Svift haqqında 4500 sözlük yazı yeni mübahisə yaratdı

12:02 26 noyabr 2026
"İynələrdən bədəni deşik-deşik olmuşdu..." - Maestro Niyazinin təklifini rədd edən qız kim idi?

"İynələrdən bədəni deşik-deşik olmuşdu..." - Maestro Niyazinin təklifini rədd edən qız kim idi?

12:00 26 noyabr 2026
Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirildi

Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirildi

11:56 26 noyabr 2026
Bakıda tarixi binanın qanunsuz dəyişdirilmiş giriş qapısı əvvəlki vəziyyətinə qaytarıldı

Bakıda tarixi binanın qanunsuz dəyişdirilmiş giriş qapısı əvvəlki vəziyyətinə qaytarıldı

11:48 26 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər