Necə ağlamayasan bu cür adamların halına?

Necə ağlamayasan bu cür adamların halına?
22 may 2026
# 14:10

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Deyirəm, yaxşı ki, bu sosial şəbəkələr var, yoxsa boş-bikar, heç bir işə lazım olmayan adamlar necə başını qatardı, necə fikir bildirərdi başqa məsələlərə aid?

Dünəndən hara baxıram, hamı Kamal Abdullanın müsahibəsində səsləndirdiyi fikirləri müzakirə edir.

Müsahibəni tapdım, baxdım. 18 dəqiqəlik müsahibədir. Məncə, bu fani dünyada hamının 18 dəqiqə vaxtı var tənqid etdiyi şeyi izləyib məsələdən tam agah olmaq üçün. Deməli, Kamal Abdulla müsahibədə belə deyir:

“Qadın evdə oturub övladlarına, ailəsinə baxsa daha yaxşıdır. Aralarından eləsi olsa ki, öz xüsusi istedadıyla üzə çıxsa, bu başqa məsələdir”.

Nə yalan deyim, bu fikirlərdə qəribə, qeyri-adi, qadınları incidəcək heç nə görmədim.

Çox aydın şəkildə deyilmiş vahid bir fikir var burada:

“İstedadı, savadı, bacarığı olan qadın işləsin, bunlar yoxdursa, oturub evində uşağına, ailəsinə baxsın”.

Guya qadınlar özləri belə düşünmürlər ki?

İstedadı, savadı, bacarığı olmadan necəsə, niyəsə qabağa çəkilən həmcinslərini görəndə qıcıqlanmırlar?

Özləri o cür qadınlara qəzəblənmirlər?

Hansısa qadın savadı, istedadı, bacarığı ola-ola kölgədə qalır, başqa həmcinsi isə hansısa yollarla “qabağa gedir”.

Deyənlər var ki, "Kamal Abdulla rektordur, rektor belə fikir səsləndirməməlidir".

O insanlar o zaman haqlı olardılar ki, Kamal Abdullanın rektor olduğu universitetdə qadınlara qarşı cinsi ayrı-seçkilik olduğunu eşidərdik. Eşidərdik ki, universitet rektoru qadın müəllimləri işdən çıxarır, qadınları işə götürmür. Amma bilirəm ki, Dillər Universitetində kollektivin böyük əksəriyyəti elə qadınlardır.

Yəni bir yazıçının müsahibədə səsləndirdiyi fikirləri kontekstdən çıxarıb yarımçıq formada başlığa vermək düzgün deyil. Bəlli məsələdir, sosial şəbəkələrdəki adamların əksəriyyəti heç o linklərə tıklamır, açıb içini oxumur ki, görsün, söhbət nədir, necədir? Başlığa nə çıxarılıbsa, elə ona fikir bildirir. Onda da ortaya belə vəziyyət çıxır.

Müsahibəyə əvvəldən axıra kimi baxdım. Məncə, o müsahibədən müzakirəyə çıxarılası daha ciddi məsələlər var idi.

Elə məlum müsahibədə Kamal Abdulla AMEA ilə bağlı da maraqlı fikirlər səsləndirib. Bir yazıçının, bir universitet rektorunun ölkənin Elmlər Akademiyası haqqında dediyi fikirlərə münasibət bildirmirlər, amma qadınlar haqqında dediyi hansısa cümlə kontekstdən çıxarılıb müzakirə edilir.

Necə ağlamayasan bu cür adamların halına?

Ona görə də deyirəm, yaxşı ki, sosial şəbəkələr var, boş-bikar, heç bir işə yaramayan adamlar öz aləmlərində nəyisə müzakirə edirlər, əsəbiləşirlər, qışqır-bağır salırlar.

# 2080 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər