Nə yazıçısı var, nə də psixoloqu - Elmir Həsən

Nə yazıçısı var, nə də psixoloqu - Elmir Həsən
27 oktyabr 2023
# 11:00

Kulis.az Elmir Həsənin "Nə yazıçısı var, nə də psixoloqu" adlı yazısını təqdim edir.

Durum belədir ki, bugünkü psixoloqların etdikləri geridə qoyduğumuz dönəmlərin fanatiklərinin - ruhanilərinin, mollalarının etdikləri ilə çox az fərqlənir. Son illər cəmiyyətdə gender problemi tədirgin halətdədir. Ta qədimdən cəmiyyətdəki çürüklüyü, kişilərlə qadınlar arasında olan uçurumu aradan qaldırmaq üçün eşqdən, məhəbbətdən yazmaqdan yazıçıların əlləri qabar bağlayıb.
Amma gəl ki, şüuru mamır bağlayan bəzi "psixoloq"lar, feminist əhvallı yazıçılar gəlib sonda avadanı xaraba qoyurlar ki, iş bilmişəm.

İnsan ulu icmanın bütün təbəqələrini aşa-aşa formalaşdığı zaman, həm də təsəvvürü, təfəkkürü də inqilabi yetişkənliklə bu günə qədər inkişaf etməyə başlayıb. "Psixoloq"umuzun ardından sosial şəbəkələrdə dolaşanda Aysel Əlizadənin bir yazısına rastladım:

"Harda uğursuz, xəsis kişi var bahalı telefon söhbətindən dəli olub. Bilirsiniz xanımlar, sizə hər şeyin ən yaxşısını etmək istəməyən bir kişi ilə ömrünüzün sonuna kimi əziyyət çəkəcəksiniz. Və əmin olun, bu, imkanla bağlı məsələ deyil. “Səxavət” kişinin yaraşığıdı, üstünlüyüdür. Malını qıymayan, canını heç qıymaz."

Nə yalan deyim, hər gün qarşıma bu tipdə yazılar çıxır. Təəccüblənməsəm də, Aysel xanımın bu uğursuz, ibtidai düşüncəsi məni bir "cıqqan" təəssüfləndirdi. Bu qədər arzuolunmaz, "qadın liberalizm"inin kənd-şəhər arasında bərq vurduğu dövrdə niyə axı bu cür gülməli təxribatçılıqla məşğul olasan? Sizi bilmirəm, mənə aydın deyil nədənsə. Bircə o aydındır ki, mənə, Aysel Əlizadə yazıçı məqsədindən xəbərsizdir. Çünki cəmiyyətə dair yanlış düşüncə sahibidir.

Fyodor Mixayloviç Dostoyevski "Yeraltından qeydlər" əsərində yazırdı ki, "Sizə, cənablar, and içirəm ki, həddən artıq dərk eləmək - bu, xəstəlikdir, əsl, tamamilə xəstəlikdir."

İndi yəqin ki, bizim inqilab ruhlu qadınlarımız da həddindən ziyadə dərketmə prosesinə məruz qalıblar.

Tüfeyli təfəkkürdən uzaq, aydın düşüncəyə sahib hər kəs çox gözəl anlaya bilir ki, bu həyatda qadının öz incə tərəfləri, dəyərləri, maraqları var. Kişilərdə də, həmçinin.

Kişi və qadın bərabərdir məsələsinə gəldikdə isə, anlamaq lazımdır ki, kişi ilə qadın nə fiziki cəhətdən, nə də zəka, dərrakə yönündən bərabər deyil.

Bunu yöndəmsiz dostlarımız yenə də radikal maskulinizmə bağlayacaqlar. Kişi ilə qadını bir-birinə sevgi bağlayır, yəni normal bildiyimiz, gördüyümüz qayda-qanun bu cürdür, yaxud bu cür idi. Amma belə qaldı ki, "qadının emosional ehtiyacı ayfon ilə qarşılanmalıdır" məsələsinə, bunun günahı kimi gəldi TV-lərə çağıran, dillərinə nə gəldi danışanların danışıqlarını efirə verənlərdədir. Bunun da səbəbi efirə nəzarətin olmamasıdır.

Bu gün gedib boş-boş insanların, boş-boş seanslarına pul hesablayanlar sabah kütləyə çevrilib, mənasız say artımına çevriləcək, "xoruz-xoruz", "toyuq-toyuq" danışıb şəxsi düşüncəsinin sahibi olmayanların beynini bulandıracaqlar. Başqa heç nə.

# 3228 dəfə oxunub

Oxşar xəbərlər

“Maqadan: Sonuncu dayanacaq”  kitabı təqdim olundu

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olundu

18:20 11 iyun 2026
"O, "öldürəcəyəm" deyərək zombi kimi üstümə gəlirdi" - Bir cinayətin pərdəarxası

"O, "öldürəcəyəm" deyərək zombi kimi üstümə gəlirdi" - Bir cinayətin pərdəarxası

17:30 11 iyun 2026
Rəşad Məcid: "Sosial şəbəkələrin nümayəndəliklərinin açılması vacibdir"

Rəşad Məcid: "Sosial şəbəkələrin nümayəndəliklərinin açılması vacibdir"

16:46 11 iyun 2026
Yaponiyada Trampa qarşı etiraz: "Məşhur anime personajlarından siyasi məqsədlərlə istifadə edir"

Yaponiyada Trampa qarşı etiraz: "Məşhur anime personajlarından siyasi məqsədlərlə istifadə edir"

15:00 11 iyun 2026
"Kaş ki, min sətirin üstündən xətt çəksəydi" - Ben Consonun  Şekspirlə münasibəti necə idi?

"Kaş ki, min sətirin üstündən xətt çəksəydi" - Ben Consonun Şekspirlə münasibəti necə idi?

13:30 11 iyun 2026
Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlandı

Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlandı

12:27 11 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər