Natiq Əliyev beynəlxalq müsabiqənin laureatı oldu

Natiq Əliyev, Xalq rəssamı, heykəltaraş

Natiq Əliyev, Xalq rəssamı, heykəltaraş

19 mart 2023
# 10:45

Azərbayanın Xalq rəssamı, məşhur heykəltaraş Natiq Əliyev Ştiqlits adına Sankt Peterburq Dövlət Rəsm-Sənaye Akademiyasının təsis etdiyi "Dünya rəssamların gözü ilə" beynəlxalq sərgi müsabiqəsində heykəltaraşlıq nominasiyası üzrə laureat seçilib.

Kulis.az xəbər verir ki, Ştiqlits adına Sankt Peterburq Dövlət Rəsm-Sənaye Akademiyasının təsis etdiyi "Dünya rəssamların gözü ilə" beynəlxalq sərgi müsabiqə hər il keçirilir və incəsnət aləmində ən mötəbər müsabiqələrdən biri sayılır. Müsabiqədə peşəkar heykəltaraş və rəssamlarla bərabər tələbələr də iştirak edir. Qaliblər müsabiqənin təşkilat komitəsi və 15 nəfərdən ibarət münsiflər heyəti tərəfindən seçilir.

Bu il müsabiqə 21 fevral - 14 mart tarixləri arasında baş tutub. Müsabiqəyə Ştiqlits Akademiyasının tələbə və müəllimləri, eləcə də 24 ölkədən rəssam və dizaynerlər qatılıb. Müsabiqə onlayn və oflayn formatlarda keçirilib, 749 iş təqdim olunub, onlardan münsiflər heyətinin üzvləri açıq səsvermə yolu ilə hər nominasiya üzrə 4 qalib seçiblər.

İştirakçılar arasında İtaliya, İspaniya, Çindən olan məşhur rəssam və heykəltaraşların da əsərləri olub.

Müsabiqənin bu il lauretaı olmuş mşhur heykəltaraş Natiq Əliyev 2008-ci ildən Rusiya rəssamlıq akademiyasının fəxri üzvü,2005-ci ildən isə Azərbaycan Respublikasının xalq rəssamıdır.

O, 40-dan çox abidə və memorial lövlənin müəllifidir.

# 3773 dəfə oxunub

Oxşar xəbərlər

Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər