Musiqi ədəbiyyatı fənni üzrə imtahan keçiriləcək

Musiqi ədəbiyyatı fənni üzrə imtahan keçiriləcək
31 iyul 2024
# 16:20

Avqustun 4-də 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahan DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan Dövlət Universitetində elektron qaydada təşkil ediləcək. Bakıda 154, Naxçıvanda 6 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.

İxtisaslar üzrə fənlərin uyğunluğu və keçid balları DİM-in saytında təqdim edilib.

İmtahanda abituriyentlərə 30 qapalı tipli test tapşırığı təqdim ediləcək. Tapşırıqlardan 20-si Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edir. Digər 10 tapşırıq isə musiqi nümunələrinin təyin edilməsi üçün nəzərdə tutulub.

Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır.

Abituriyentlər imtahana buraxılış vərəqəsini DİM-in saytında müvafiq linkdən çap edə bilərlər.

İmtahan saat 10:00-da başlanacaq və bir saat davam edəcək. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent buraxılış vərəqəsini və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmayacaq.

İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və sair elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.

# 2332 dəfə oxunub

Oxşar xəbərlər

"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
Lokarno Film Festivalının ekran əsərləri Türkiyədə nümayiş olunacaq

Lokarno Film Festivalının ekran əsərləri Türkiyədə nümayiş olunacaq

16:03 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər