“Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

“Sərhədsiz Puşkin”  adlı konsert keçiriləcək
19 aprel 2024
# 13:30

Aprelin 25-də Beynəlxalq Muğam Mərkəzində “BakuOperArt” layihəsi çərçivəsində görkəmli rus şairi A.S.Puşkinin (1799–1837) anadan olmasının 225 illiyi münasibətilə “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək.

Kulis.az xəbər verir ki, səkkiz ildir reallaşan layihə çərçivəsində ilk dəfə iki ölkənin – Azərbaycan və Rusiyanın incəsənət ustaları birgə çıxış edəcəklər. Rusiyalı vokal ifaçısı, beynəlxalq müsabiqələr laureatı Aleksandr Suxanov (bariton), Azərbaycanın Əməkdar artistləri Fəridə Məmmədova (soprano) və İlham Nəzərovun (kontratenor) ifaları təqdim olunacaq.

2016-cı ildən musiqisevərlərin zövqünü oxşayan “BakuOperArt” layihəsi opera və kamera – vokal musiqisinin təbliğinə öz töhfəsini verir. Layihənin bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi pianoçu Yuliya Kərimovadır.

# 259 dəfə oxunub

Oxşar xəbərlər

Sevgi vardır ki... - Mikayıl Müşfiq

Sevgi vardır ki... - Mikayıl Müşfiq

18:40 1 may 2024
"Babək" filminin kadr arxasından foto

"Babək" filminin kadr arxasından foto

18:00 1 may 2024
Səməd Vurğun və qardaşının nadir fotosu

Səməd Vurğun və qardaşının nadir fotosu

17:30 1 may 2024
Çox əyilən görmüşəm, əyilməyən başları - Bəxtiyar Vahabzadə

Çox əyilən görmüşəm, əyilməyən başları - Bəxtiyar Vahabzadə

17:00 1 may 2024
Məşhur cizgi filmi serial olacaq

Məşhur cizgi filmi serial olacaq

16:30 1 may 2024
"Titanik"in aktyoru dünyasını dəyişdi

"Titanik"in aktyoru dünyasını dəyişdi

16:00 1 may 2024
# # #