Müəllimə yol verməyən şagirdlər - Hörüklü saçı qayçılamaq olmur?

Müəllimə yol verməyən şagirdlər - Hörüklü saçı qayçılamaq olmur?
29 fevral 2024
# 18:30

Kulis.az El Romanın "Yolun sağı ilə hərəkət" adlı yazısını təqdim edir.

136 saylı məktəbdə guya maarifləndirici məqsədlə videoçarx çəkilib.

Kimi maarifləndirirlər, mənə orası maraqlıdı.

Hər məktəb öz şagirdlərinin tərbiyəsi ilə əyani şəkildə məşğul olursa, bu videoçarx kimlər üçün çəkilib? Hansı təbəqə üçün çəkilib?

Valideynlər oturub baxacaq?

Yoxsa beş yaşa qədərki uşaqlar?

Bütün məktəblərdə olduğu kimi, bu məktəbdə də, Allah bilir, nə qədər rüşvət alırlar, utanmaz-utanmaz maarifləndirici video da çəkirlər.

Bütün epizodlara başlıq veriblər.

"Geyim forması".

"Saç düzümü".

"Davranış qaydaları".

Təkcə telefonla bağlı hissəyə başlıq tapmayıblar.

Tənəffüsdə bir qrup şagird telefona baxır, yanında üç-dörd nəfər isə kitab oxuyur. Müəllim də yaxınlaşır telefona baxanların yanına, irad tutur ki, telefona baxmaq olmaz.

Bu səhnəyə başlıq tapa bilməyiblər.

Tənqid elədikləri şeyin adını da bilmirlər heç.

Şagirdlərin saç düzümləri ilə bağlı da səhnəcik düzəldiblər.

Müəllim şagirdlərə "geriyə dön" komandası verib: iki saçı yığılı qız solda, iki hörüklü də sağda dayanıb.

Çılğın müəllimimiz bu dəfə saçını yığanları qınayır ki, belə olmaz. Saç mütləq hörülməlidi.

Bilmirsən, niyə belə deyir.

Aydın məsələdi ki, bu video son günlərdə yayılan bullinq məzmunlu videoya "cavab atəşi" məqsədilə çəkilib.

Bəs bunun saçın hörülməsinə, ya da yığılmasına nə aidiyyatı var?

Bəlkə, bizim çılğın müəllimimiz "qara yumor"la məşğuldur və o demək istəyir ki, hörüklü saçı qayçılamaq olmur?

Müəllimin öz saçına baxırsan, burnuna "Vellaton"un iyi gəlir, di gəl, saçını son dərəcə səliqə ilə yığmış şagirdlərə irad tutur.

"Davranış qaydaları" başlıqlı səhnədə isə pozitiv müəllimimiz bu dəfə şagirdlərini ona yol vermədikləri üçün qınayır.

Şagirdlər iki metr eni olan pilləkənin düz ortası ilə hərəkət edən müəllimimizin, məcburən, sağından və solundan hərəkət edirlər.

Müəllimimiz bu dəfə də mimikaları ilə izləyicilərə deyir ki, yox, bu yanlışdır, hörmətsizlikdir. Mən gəlirəmsə, şagirdlər geriyə qayıtmalıdılar, mən rahat aşağı düşməliyəm, sonra qalxmalıdılar yuxarı.

Belə başa düşürəm ki, müəllimin bütün dünyada primitiv mədəniyyət göstəricisi hesab olunan "yolun sağı ilə hərəkət" anlayışından, ümumiyyətlə, xəbəri yoxdu.

Sən pilləkəndən istifadə edirsən deyə, şagird niyə geriyə qayıtmalıdı ki?

Açığını deyim ki, çox mənasız videoçarxdı. Məğzi yoxdu.

Çox düşük videoçarxdı.

Xidmət və örnək səviyyəsi sıfırdı.

Mesaj ötürmür.

Kiməsə nəsə demir.

Sabah həmin məktəbdə kiminsə başında yumurta sındırsalar, video mahiyyətini itirəcək.

Hətta bəlkə də, sındırıblar.

Sadəcə, müəllim telefonla oynayan şagirdləri öncədən tənbeh etdiyi üçün həmin vaxt çəkiliş edən olmayıb.

# 3439 dəfə oxunub

Oxşar xəbərlər

Sarah Maasın  yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

Sarah Maasın yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

13:56 5 noyabr 2026
"Dreyfus işi":  İlk antisemitizm qalmaqallarından biri sərgiyə çevrilir

"Dreyfus işi": İlk antisemitizm qalmaqallarından biri sərgiyə çevrilir

13:30 5 noyabr 2026
Stenli Kubrikin yaradıcılığı xüsusi kolleksiyada cəmləndi

Stenli Kubrikin yaradıcılığı xüsusi kolleksiyada cəmləndi

13:00 5 noyabr 2026
"Evdə tək" filmi  animasiya olaraq yayımlanacaq

"Evdə tək" filmi animasiya olaraq yayımlanacaq

12:30 5 noyabr 2026
Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb

Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb

12:00 5 noyabr 2026
Ondan tələb edirdilər ki... - Baba Pünhan şeirlərini niyə yandırmışdı?

Ondan tələb edirdilər ki... - Baba Pünhan şeirlərini niyə yandırmışdı?

12:00 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər