“MTV”nin yayımı 8 saatlıq dayandırılacaq

“MTV”nin yayımı 8 saatlıq dayandırılacaq
22 fevral 2024
# 18:00

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Kulis.az xəbər verir ki, şuradan APA-ya verilən məlumata görə, iclasda son günlər geniş müzakirə olunan, yeniyetmə qızların bir-birinə təhqiredici davranışlarını əks etdirən videogörüntülərin televiziya efirlərində nümayişi ilə bağlı vəziyyət müzakirə olunub.

Bu xüsusda, 20 fevral 2024-cü il tarixdə "MTV" televiziya kanalının efirində 12.00–15.00 arası yayımlanan "Tarixin bir günü" proqramında həmin mövzunun işıqlandırılması zamanı "Media haqqında" Azərbaycan Respublikasının Qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir); 14.1.9-cu (böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir) və 15.1.5-ci (yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına media subyekti və jurnalist tərəfindən yol verilmir) maddələrinin tələblərinin pozulması faktları müzakirə edilib.

Sözügüdən proqramın yayımı zamanı yeniyetmə qızlardan birinin digərinə qarşı nalayiq və təhqiredici hərəkətlərini həmin qızın doğulduğu məkanla əlaqələndirilməsi və bununla da həmin yaşayış məntəqəsində məskunlaşanlara ayrıseçkilik təbliğ olunaraq onların təhqir olunması, habelə həmin nalayiq hərəkətləri edən yeniyetmə qızın üzünün açıq göstərilməsi halları qanunvericiliyin tələblərinin birbaşa pozuntusu kimi qiymətləndirilib.

Audiovizual Şura üzvlərinin yekdil fikri ilə bu pozuntulara yol vermiş "MTV" televiziya kanalının efirinin müvəqqəti (27 fevral 2024-cü il tarixdə, saat 09.00-dan 17.00-dək 8 saat müddətinə) dayandırılması haqqında qərar qəbul olunub.

# 2432 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
"Oskar"da "Ən yaxşı kastinq"  kateqoriyası üzrə təxminlər açıqlandı

"Oskar"da "Ən yaxşı kastinq" kateqoriyası üzrə təxminlər açıqlandı

11:30 9 noyabr 2026
"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

10:40 9 noyabr 2026
Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər