Moskvada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Moskvada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
1 noyabr 2025
# 12:14

Rusiya Teatr Sənəti İnstitutunun (QİTİS ) Elmi Kitabxanasında dahi Azərbaycan bəstəkarı və maarifçisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş "Xalq ruhunun səsi" (Души народной голос...) adlı beynəlxalq konfrans keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, konfransda Rusiya və Azərbaycan elm və mədəniyyət xadimləri, QİTİS -in müəllim və tələbələri, Rusiyadakı Azərbaycan səfirliyinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

"Musiqi Dünyası" jurnalının baş redaktoru professor Tariyel Məmmədov Üzeyir Hacıbəylinin həyatı və yaradıcılıq irsindən danışıb, onun yaradıcılığına həsr olunmuş videoçarxı təqdim edib.

Tədbir zamanı musiqişünasların, müəllimlərin və tələbələrin iştirakı ilə Azərbaycan bəstəkarının yaradıcılığı haqqında maraqlı müzakirə aparılıb.

Qeyd edək ki, oktyabrın 17-də Rusiya Teatr Sənəti İnstitutunun Tələbə Teatrında Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

Konsert proqramında bəstəkarın Şərq melodiyasını və xalq intonasiyasını Avropa klassik ənənələri ilə birləşdirdiyi məşhur “Firuzə”, “Arşın mal alan” və “Koroğlu” opera və operettalarından romanslar, ariyalar və balladalar tələbələrin ifasında Azərbaycan və rus dillərində səsləndirilib.

# 246 dəfə oxunub

Oxşar xəbərlər

Dostlarını heyran qoyan rəssam - O, təhsilini niyə yarımçıq qoydu?

Dostlarını heyran qoyan rəssam - O, təhsilini niyə yarımçıq qoydu?

11:05 3 noyabr 2025
Boradigah haqqında dəyərli tədqiqat - Elmira Axundova

Boradigah haqqında dəyərli tədqiqat - Elmira Axundova

10:46 3 noyabr 2025
Van Qoqun tablosuna görə məhkəmə iddiası qaldırılıb

Van Qoqun tablosuna görə məhkəmə iddiası qaldırılıb

10:25 3 noyabr 2025
Böyük Misir Muzeyi  açıldı

Böyük Misir Muzeyi açıldı

10:10 3 noyabr 2025
Rasim Qaraca:  "Həmid Herisçi deyirdi ki, Anarla şəkil çəkdirməyin, yoxsa... " -  Müsahibə

Rasim Qaraca: "Həmid Herisçi deyirdi ki, Anarla şəkil çəkdirməyin, yoxsa... " - Müsahibə

10:00 3 noyabr 2025
Nobel və Oskar mükafatlarına sahib  yeganə yazıçı  - O, müsahibəsində Məhəmməd peyğəmbər haqqında nə demişdi?

Nobel və Oskar mükafatlarına sahib yeganə yazıçı - O, müsahibəsində Məhəmməd peyğəmbər haqqında nə demişdi?

15:00 2 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər