Moskvada Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyası açıldı

Moskvada Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı  auditoriyası açıldı
4 noyabr 2022
# 16:20

Noyabrın 3 də Moskvada, Rusiya хalqlar dostluğu universitetinin (RXDU) Filologiya fakültəsində Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasının açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Auditoriyanın məqsədi milli ədəbiyyatla rusiyalı tələbələri tanış etmək, həmçinin azərbaycan-rus ədəbi əlaqələrini möhkəmləndirməkdir.

Nizami Gəncəvi adına Azərbaycan ədəbiyatı auditoriyası RXDU-nun Filologiya fakültəsinin dosenti Anar Həsənovun ideyası əsasında fakültənin dekanı, professor Viktor Barabaşın dəstəyi ilə gerçəkləşib. Layihəni Rusiya Təbii Elmlər Akademiyasının müxbir üzvü Nizami Əliyev, Anar Həsənov və Moskva vilayəti azərbaycanlıları milli mədəni muxtariyyətinin sədri Elşən İbrahimovla birgə adıçəkilən təşkilatın üzvlərinin maddi və mənəvi dəstəyi əsasında gerçəkləşdiriblər.

Təntənəli mərasimdə Filologiya fakültəsinin beynəlxalq fəaliyyət üzrə dekan müavini Nataliya Poplavskaya, Azərbaycanın Rusiyadakı səfirliyinin elçi-müşaviri Aqşin Əliyev, Azərbaycanın diasporla İş üzrə dövlət Komitəsinin Rusiya üzrə sektorunun müdiri Tural Səfərov, RXDU və digər ali məktəblərin elmi-pedaqoji heyəti, Moskva şəhəri, Moskva vilayəti, Buryatiya Respublikası, Arxangelsk vilayətindəki diaspor təşkilatlarının rəhbərləri və fəalları, KİV mənsubları iştirak ediblər.

Aqşin Əliyev tədbir iştirakçılarına Azərbaycanın Rusiyadakı fövqaladə və səlahiyyətli səfiri Polad Bülbül oğlunun təbrik məktubunu oxuyub. Məktubda deyilir: "RXDU təkcə bilik vermək, mütəxəssis hazırlamaqdan əlavə, həm də dostluğu, dözümlülüyü, qarşılıqlı anlaşmanı öyrədir". Mətndə auditoriyanın açılmasına şərait yaratdığına görə Universitet rəhbərliyinə minnətdarlıq bildirilir. Azərbaycanın diasporla iş üzrə dövlət Komitəsinin sədri Fuad Muradovun təbrik məktubu da tədbir iştirakçılarına təqdim edilib. Filologiya fakültəsinin dekanı Viktor Barabaşa minnətdarlığın ifadə edildiyi sənəddə, auditoriyanın xalqların dostluğuna xidmət edəcəyinə əminlik vurğulanıb.

# 2666 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər