Möcüzə tut ağaclarındadır?! - Qorxmaz Quliyev Aygün Bəylərdən yazdı

Möcüzə tut ağaclarındadır?! - Qorxmaz Quliyev Aygün Bəylərdən yazdı
8 yanvar 2024
# 14:08

Kulis.az Qorxmaz Quliyevin Aygün Bəylər haqqında yazısını təqdim edir.

Vida mərasimində artıq deyilmiş həqiqəti bir daha ifadə etmək günah yox, savabdır.

Hər nəğmənin üç yaradıcısı olur - sözlərini yazan şair, melodiyasını nizamlayan bəstəkar və ifa edən müğənni.

"Tut ağacı" həm sözləri, həm melodiyası, həm də ilk ifaçısı baxımından şedevrdir.

Özü də şairin səmimi sözlərinə məhrəmlik verən, hər bir insan üçün özünəməxsus şəkildə fərdiləşən musiqi və ruhi qısaqapanma yolu ilə dinləyicinin ürəyinə yol tapan ifa.

Bu üç nəfərin əl-ələ, könül-könülə verib yaratdıqları nəğmənin sözləri də, bəstəsi də möcüzədir.

Əgər "Tut ağacı"nın kuliminasiyası onun ifasındadır"desəm, nə şair. nə də bəstəkar məndən inciyər.

Özü də bu gündə.

Aygün özünün "Tut ağacı"nı oxuyurdu, oxuyur.

Lakin səbəbini axıra kimi dəqiqləşdirə bilmədiyim möcüzə ilə mənim İkinci Dünya savaşının qurtarar-qutarmazında balaca Qorxmazın həqiqətlərni də canlandırır.

Bəlkə, elə möcüzə Bakı kəndlərinin küçələrinə ehsan kimi əkilən, bütün yoldan keçənlərə öz nemətini təklif edən tut ağaclarındadır?!

Son illərdə kəndlərimizdə bitki xərçənginə (zəhrimara!) yoluxmuş xeyli möhtəşəm və xeyirxah tut ağacı məhv oldu.

Aygün də həmin ağacların taleyini yaşadı.

Lakin insanlar yeni ağaclar əkdilər: artıq onların meyvəsini dadmaq mümkündür.

Bu məndə nikbin ovqat yaradır - Aygünün nəğməsini də onun dünyasını dəyişməsi ilə məhv emək mümkün deyil; onun möcüzəsi fidan-fidan könülləri oxşayacaq.

Əminəm.

Allah rəhmət eləsin.

# 4360 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər