“Miyadzakinin yuxusu” konsert proqramı təqdim edildi

“Miyadzakinin yuxusu”  konsert proqramı təqdim edildi
18 mart 2024
# 13:30

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Mystery Ensemble” beynəlxalq musiqi layihəsi çərçivəsində “Miyadzakinin arzuları” adlı konsert proqramı təqdim olunub.

Kulis.az xəbər verir ki, tədbir Azərbaycan, Böyük Britaniya, Rusiya və digər ölkələrin ərazilərində yerləşən qədim malikanələrdə şam işığında, damlarda, istixanalarda, planetariumlarda və atmosfer məkanlarında unikal mədəni tədbirlər yaradan “RED EVENTS & Distribution ltd” kreativ agentliyi tərəfindən təşkil olunub.

“Mystery Ensemble”də musiqiçilərin tərkibi daim yenilənir, buna görə də hər konsert xüsusi harmoniya ilə orijinal müstəvidə səslənir. Bu axşam müasir orkestrin ifasında tamaşaçılara görkəmli müasir yapon bəstəkarı Czyo Hisaişinin dünyaca məşhur cizgi filmlərinə bəstələdiyi saundtreklərin daxil edildiyi “Miyadzakinin yuxuları” proqramı təqdim olunub.

Hisaişinin uzun və məhsuldar karyerası kino, animasiya, kompüter oyunları, televiziya və reklam üçün musiqi də daxil olmaqla, dünyaya bir çox heyrətamiz əsərlər bəxş edib. O, 1998-ci ildə Naqanoda keçirilən Paralimpiya Oyunlarının musiqisini də bəstələyib. Lakin bəstəkar ən məşhur əsərlərini Takeshi Kitanonun kult filmləri və təbii ki, Hayao Miyadzakinin cizgi filmləri üçün yaradıb.

“Mystery Ensemble” peşəkarlarının sənətkarlığı və həvəsi, onların yerinə yetirdiyi aranjemanlar Bakının ən atmosferli salonlarından birində sehrli əhvali-ruhiyyə yaradıb. Belə ki, burada musiqiçilər dinləyiciləri bir daha “Studio Ghibl”in animasiya şah əsərlərinin füsunkar dünyasına qərq olmağa dəvət ediblər.

“Yeriyən qəsr” və “Küləklər vadisindən olan Navsikaya”, “Kabuslarla sovrulanlar” və “Totoro mənim qonşumdur” əsərləri filarmoniyanın qübbəsi altında sanki yenidən canlanır, dinləyiciləri fantaziyalar, uşaq nağılları və stimpank aləminə qərq edirdi.

Konsert proqramına Czyo Hisaişinin müxtəlif ekran əsərlərinə yazdığı “Summer”, “Kiki's Delivery Service”, “Path of The Wind Totoro”, “One Summer Day”, “Howl”, “Legend of Ashitaka”, “Carrying You”, “Nausikaa”, “The Sixth Station Spirited Away” musiqi kompozisiyaları daxil edilib. Bununla yanaşı, bəstəkarın “Samuray Çamplu” cizgi filminə bəstələdiyi “Obokuri-Eeumi” və başqa animasiya ekran əsəri üçün yazdığı “In a Landscape” əsərləri də təqdim edilib.

Simli alətlərin canlı səsi və “Mystery Ensemble” musiqiçilərinin virtuoz ifası dinləyicilərə eyni dərəcədə görkəmli ustadların - Hisaişinin və Miyadzakinin yaradıcılıq vəhdətini qiymətləndirməyə imkan verib.

Qeyd edək ki, bu heyrətamiz cütlüyə heyran olandan sonra Hisaişinin musiqisinin Miyadzakinin filmləri sayəsində dahi kimi tanındığını və ya Miyadzakinin filmlərinin Hisaişinin musiqisi sayəsində şah əsər adlandırıldığını başa düşmək çətindir.

# 2351 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər