"Min naxış bir çul üstündə" sərgisi davam edir

"Min naxış bir çul üstündə" sərgisi davam edir
4 mart 2025
# 09:10

Azərbaycan Milli Xalça Muzeyində yeni sərgi açılıb.

Kulis.az xəbər verir ki, martın 1-də Azərbaycan Milli Xalça Muzeyində “Min naxış bir çul üstündə” sərgisi açılıb. Sərgidə muzeyin kolleksiyasında yer alan, ölkəmizin müxtəlif guşələrində - Bakı, Şirvan, Qazax, Qarabağda toxunmuş bir-birindən gözəl, zəngin naxışlı 25 çul nümunəsi təqdim edilir.
Çul müxtəlif minik və ya yük daşıyan ev heyvanlarının (at, dəvə, eşşək, öküz və s.) belini örtmək, bəzən də onları bəzəmək üçün toxunan örtükdür. Azərbaycanda çul əsasən xovlu və xovsuz xalçatoxuma texnikası, bəzən də tikmə (güləbətin, təkəlduz, cülmə), qurama üsulları ilə istehsal olunurdu. Mərasimlərdə, el bayramlarında at və dəvələrin əzəmətli, yaraşıqlı görünməsi üçün üstlərinə çul salınırdı. Qışda isə çul heyvanları soyuqdan qorumaq üçün istifadə edilirdi.

Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış e.ə. II minilliyə aid gildən düzədilmiş at fiqurunun üzərindəki gül-çiçək bəzəkli çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsində aşkarlanmış e.ə. I minilliyə aid qızıl camın səthindəki aslan təsvirinin üstündə çulun olması bu xalça məmulatının tarixinin qədimliyini sübut edir. Təbriz miniatür sənətinin tanınmış nümayəndələrinin yaratdıqları əsərlərdə də zəngin naxışlı çul təsvirlərinə rast gəlinir. Orta əsrlərdə hökmdar və saray əyanlarının atları üçün xüsusi sifarişlə toxunan çullar yun, rəngbərəng ipək, bəzən də qızıl, gümüş saplardan hazırlanır, daş-qaşla bəzədilirdi.

Qeyd edək ki, “Min naxış bir çul üstündə” sərgisi aprelin 1-dək davam edəcək.

# 2390 dəfə oxunub

Oxşar xəbərlər

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

13:38 13 noyabr 2026
Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

13:32 13 noyabr 2026
Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

12:02 13 noyabr 2026
Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

11:36 13 noyabr 2026
"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

11:02 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər