Milli Kitabxanada tanınmış pedaqoq Səidə İmanzadəyə həsr edilən kitabın təqdimat mərasimi oldu

Milli Kitabxanada tanınmış pedaqoq Səidə İmanzadəyə həsr edilən kitabın təqdimat mərasimi oldu
7 mart 2024
# 18:00

Azərbaycan Milli Kitabxanasında ölkəmizdə qadın hərəkatının görkəmli nümayəndəsi, ictimai-siyasi xadim, Əməkdar müəllim Səidə İmanzadənin xatirəsinə həsr olunmuş “Cаида Иманзаде” kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, təqdimat mərasimində tanınmış elm, mədəniyyət xadimləri və Səidə İmanzadənin ailə üzvləri iştirak ediblər.

Tədbiri açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib. O qeyd edib ki, Səidə İmanzadə xalqın taleyində müstəsna rol oynayıb, millətin taleyüklü məqamlarında xilaskarlıq missiyasını şərəflə yerinə yetirib, qadın azadlığının düşmənlərinə qarşı, cəhalətə və savadsızlığa qarşı ümumxalq hərəkatının önündə gedən xanımlardan biri olub.

Tarix elmləri doktoru Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən, qadınlara verdiyi xüsusi dəyərdən bəhs edib. Səidə İmanzadəyə həsr olunmuş kitabın önəmini vurğulayaraq bildirib ki, Səidə xanımın obrazı, onun irsinin öyrənilməsi bugünkü gəncliyimiz üçün çox önəmlidir.

Səidə İmanzadənin tələbəsi olan Milli Məclisin deputatı, professor Anar İsgəndərov onu çox zərif, milli ruha sahib xanım, tələbələrinə sevgi və qayğı ilə yanaşan ədalətli pedaqoq kimi xarakterizə edib.

Səidə xanımın oğlu, görkəmli diplomat Mübariz İmanzadə Səidə xanımın xatirəsini ucalda bildiyi üçün xoşbəxt olduğunu söyləyib. Tarix elmləri doktoru Dilarə xanıma, Milli Kitabxananın direktoru Kərim Tahirova, eləcə də bütün tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirib.

BDU-nun kafedra müdiri, professor İradə Hüseynova, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, “Neft daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev çıxış edərək Səidə xanımın elmi, pedaqoji və ictimai fəaliyyətindən söz açıblar.

Sonda Səidə İmanzadəyə həsr edilmiş kitab sərgisi ilə tanışlıq olub.

# 2650 dəfə oxunub

Oxşar xəbərlər

“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər