Milli İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında memorandum imzalandı

Milli İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında memorandum imzalandı
16 sentyabr 2024
# 11:51

Rusiyanın Sankt-Peterburq şəhərində “XXI əsrin mədəniyyəti: suverenlik yoxsa qlobalizm?” mövzusunda X Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu keçirilib.

Kulis.az xəbər verir ki, Forumda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova da təmsil olunub.

Mədəniyyət və elm sahələrinin nümayəndələrini qloballaşma şəraitində mədəni suverenliyin perspektivlərinin müzakirəsi üçün bir araya toplayan forum, həmçinin sənətin milli ənənələrin və tarixin qorunmasındakı rolunu nəzərdən keçirib.

Şirin Məlikova beynəlxalq forumun “Tarixi binalarda muzeylər” adlı sessiyasında çıxış edib. Qeyd edilib ki, tarixi binalarda yerləşən muzeylər mədəni irsin qorunmasında mühüm rol oynayır. Bu cür unikal məkanlar yalnız eksponatların saxlanıldığı yerlər deyil, eyni zamanda memarlıq abidəsi kimi ziyarətçilərə təkrarolunmaz təəssürat oyadırlar.

Forum çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb. Mədəni əlaqələrin və elmi tədqiqatların inkişafında mühüm addım kimi qiymətləndirilən memorandumu Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Dövlət Ermitajının elmi işlər üzrə baş direktor müavini Georgi Vilinbaxov imzalayıblar. Memorandum muzey işi və mədəni-tarixi irs obyektlərinin mühafizəsi sahəsində birgə əməkdaşlığı, Ermitajın AMİM-in Qərbi Avropa incəsənətinə aid eksponatlarının atribusiyasına yardım göstərməsini, bərpa məsələləri üzrə məsləhətləşmələri, mütəxəssislərin təcrübə mübadiləsini, eləcə də Azərbaycanda “Ermitaj günləri”nin keçirilməsi və digər məsələləri nəzərdə tutur.

Beynəlxalq tədbir çərçivəsində, həmçinin Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Rəssamlıq Akademiyası Muzeyi (Sankt-Peterburq) ilə də qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Memorandumların məqsədi muzeylər arasında qarşılıqlı əlaqəni genişləndirmək, bərpa, arxeoloji tədqiqatlar və muzey işi sahəsində təcrübə mübadiləsi aparmaqdır. Qeyd edilən tərəfdaşlıqlar incəsənət əsərlərinin tədqiqi və nümayişi üçün yeni imkanlar açacaq, həmçinin geniş auditoriyanın muzeylərin unikal kolleksiyalarına əlçatanlığını təmin edəcək.

# 2304 dəfə oxunub

Oxşar xəbərlər

Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı:  Van Qoqun tablosu 180 milyona satıla bilər

Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı: Van Qoqun tablosu 180 milyona satıla bilər

10:14 13 noyabr 2026
Bağırov onu kabinetinə çağırıb dedi ki... - Məşədi İbadı oynayan Əliağa Ağayev niyə Fəxri Xiyabanda dəfn olunmadı?

Bağırov onu kabinetinə çağırıb dedi ki... - Məşədi İbadı oynayan Əliağa Ağayev niyə Fəxri Xiyabanda dəfn olunmadı?

10:00 13 noyabr 2026
Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər