Məşhur opera yeni quruluşda: səhnəyə 4 Leyli, 4 Məcnun çıxacaq

Məşhur opera yeni quruluşda: səhnəyə 4 Leyli, 4 Məcnun çıxacaq
3 sentyabr 2025
# 14:53

Sentyabrın 18-i Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Heydər Əliyev Sarayında “Leyli və Məcnun” operası yeni quruluşda nümayiş etdiriləcək.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə tamaşanın yeni rejissoru Əməkdar artist Nicat Kazımov məlumat verib.

Nicat Kazımov bildirib ki, ona təklif teatrın direktoru Yusif Eyvazovdan gəlib:

“Yeni bir iş tələb etdilər. Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevin “Leyli və Məcnun” operasına verdiyi quruluş da çox gözəl idi. Teatr tarixində bir tamaşaya müxtəlif rejissorların quruluş verməsi yeni deyil, adi haldır”.

Rejissor operanın quruluşundakı bir sıra yeniliklərdən söhbət açıb:

“Opera tamaşalarını dramatik tamaşalarla müqayisə etmək qəti düzgün deyil. Opera tamaşalarında birinci yerdə dayanan musiqidir. Üzeyir bəyin musiqisinə də heç kəs müdaxilə edə bilməz. Odur ki, musiqi hissələri olduğu kimi yerində qalacaq. Lakin fərqliliklərdən biri odur ki, səhnədə eyni vaxtda dörd Leyli və dörd Məcnun olacaq. Onların dördü də xanəndə deyil, ikisi balet ifaçısıdır. Eyni zamanda, bu dəfə tamaşada iki azyaşlı da yer alacaq. Onlar Leyli ilə Məcnunun uşaqlığını canlandıracaq”.

O bildirib ki, sentyabrın 18-də Heydər Əliyev Sarayında keçiriləcək premyerada Məcnunu Xəyal Hüseynov, Leylini isə Əməkdar artist Arzu Əliyeva canlandıracaq. Tamaşa sonrakı günlərdə Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında nümayiş etdiriləcək.

# 1327 dəfə oxunub

Oxşar xəbərlər

“Fotoqrafiya sənəti” üzrə tədris proqramı - Azərbaycanda ilk dəfə

“Fotoqrafiya sənəti” üzrə tədris proqramı - Azərbaycanda ilk dəfə

18:00 1 sentyabr 2026
Möhsün Nağısoylunun yubileyinə həsr olunmuş kitab sərgisi açıldı

Möhsün Nağısoylunun yubileyinə həsr olunmuş kitab sərgisi açıldı

17:30 1 sentyabr 2026
Borçalı aşıqlarının sənət dünyası təqdim olunacaq

Borçalı aşıqlarının sənət dünyası təqdim olunacaq

17:00 1 sentyabr 2026
"Satın alınması mümkün olmayan qadınlar adama çox baha başa gəlir..." - Fransua Moriak

"Satın alınması mümkün olmayan qadınlar adama çox baha başa gəlir..." - Fransua Moriak

16:00 1 sentyabr 2026
Tanınmış modelyerin sərgisi ləğv edildi - Səbəb

Tanınmış modelyerin sərgisi ləğv edildi - Səbəb

15:40 1 sentyabr 2026
Kamal Abdullanın romanı Türkiyədə çap olundu

Kamal Abdullanın romanı Türkiyədə çap olundu

15:20 1 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər