Məşhur fransız yazıçı Laçında - Foto

Məşhur fransız yazıçı Laçında - Foto
4 iyul 2023
# 11:20

Məşhur fransız fotoqraf, yazıçı, rejissor Qreqori Herpe Azərbaycana səfəri çərçivəsində Laçın və Naxçıvan şəhərlərində olub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Kulis.az xəbər verir ki, Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan səfər yenidən qurulan Laçın şəhərindən başlayıb.

Azərbaycan dövləti tərəfindən qısa müddət ərzində Laçın şəhərində aparılan bərpa və quruculuq işlərini möhtəşəm layihə adlandıran Qreqori Herpe yenilənmiş Laçında gördüklərindən çox təsirləndiyini və heyrətləndiyini etiraf edib. Əhalinin Laçına qayıdışını, həyatın burada canlandığını vurğulayıb, şəhərin tezliklə müxtəlif beynəlxalq festivallara və tədbirlərə ev sahibliyi edəcəyinin mümkün olduğunu söyləyib.

Sonra fotoqraf Naxçıvan şəhərinə yola düşüb. Azərbaycanın qədim şəhərindəki Naxçıvanqala, Nuh türbəsi, Əshabi-kəhf, Gəmiqaya, Əlincə qalası, Möminə Xatun türbəsi, Heydər Əliyev adına məscid, Heydər Əliyev Muzeyi kimi tarixi, mədəni, dini abidələrlə tanış olub və xatirə kitablarına ürək sözlərini yazıb. Fotoqraf məşhur Batabat gölünü və “Duzdağ” fizioterapiya mərkəzini də lentə alıb.

Qreqori Herpe bu səfərin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Qonağı səfərdə Paris Azərbaycan Evi Təşkilatının sədr müavini, Fransada Azərbaycanın Dostları Assosiasiyasının layihə rəhbəri Mehri Quliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Arif Abbasov və Aydın Mahmudov müşayiət ediblər.

Qeyd edək ki, bundan öncə fransız fotoqraf Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə 2021 və 2022-ci illərdə Qarabağda səfərdə olub. Səfərlər zamanı Ermənistanın otuzillik işğalı nəticəsində dağıdılmış tarixi və mədəni irs nümunələrimizi, Azərbaycan tərəfinin apardığı bərpa-quruculuq və minatəmizləmə işlərini lentə alıb.

Həmin fotoşəkillər Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “Qarabağ: sülh dövründə” və Avropa Parlamentinin Altiero Spinelli binasında “Qarabağ müharibədən sonra” adlı sərgilərdə nümayiş etdirilib.

Xatırladaq ki, dünya təsviri incəsənətinin müasir nümayəndələrindən biri olan fotoqraf 25 fevral 1969-cu ildə Fransada anadan olub. Nyu-Yorkda “Polaris Images” və Honq Konqda “Sopa Images” mətbuat agentliklərində fotomüxbir kimi çalışır. Vaxtilə Fransa və İngiltərə KİV-lərində jurnalist və baş redaktor işləyib. Hazırda Fransadakı bir sıra qeyri-hökumət təşkilatları ilə mütəmadi olaraq əməkdaşlıq edir. Fotoəsərləri Paris, Kann, Barselona, Bristol, Boston, San Dieqo, Sürix, Afina və Strasburq və sair şəhərlərdə nümayiş etdirilib. Bir sıra nüfuzlu beynəlxalq mükafatların laureatıdır.

Aktyor, rejissor və yazar kimi Avropada teatr tamaşalarının quruluşçu rejissoru olub, Fransa və Kanadada çoxsaylı ədəbi əsərlər nəşr etdirib.

2019-cu ildə Azərbaycanda olarkən fotoqraf paytaxtımız haqqında xoş təəssüratlarını “British edition of London Street Art Design” jurnalında bölüşüb: “Memarlıq və dizayn həvəskarısınızsa, Bakı sizin üçün lazımı yerdir. Bu qədim şəhərin içindən keçəndə bir çox memarlıq üslubuna vurulursan”.

Eyni zamanda 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanı dəstəkləyən fikirlər və yazılarla çıxış edib.

# 2571 dəfə oxunub

Oxşar xəbərlər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

10:12 7 noyabr 2026
Tbilisidə Zəfər Günü  qeyd olundu

Tbilisidə Zəfər Günü qeyd olundu

09:39 7 noyabr 2026
AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

09:28 7 noyabr 2026
"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər