Məşhur azərbaycanlı alim yoxa çıxdı

Məşhur azərbaycanlı alim yoxa çıxdı
25 iyul 2025
# 12:20

Tehranda həbsdə saxlanılan Azərbaycanlı alim Əhmədrza Cəlali barədə bir aydır məlumat əldə etmək mümkün deyil.

Kulis.az xəbər verir ki, bu haqda alimin həyat yoldaşı Vida Mehranniya özünün X səhifəsində paylaşım edib: "Onun taleyi barədə suallarımız qarşısındakı bu susqunluq qəddar və qeyri-insanidir. Cavab tələb edirik: Əhməd Rza haradadır? O necədir?".

Tehranın Evin həbsxanasında saxlanılan Əhmədrza Cəlali iyunun 23-də İsrailin həbsxananın inzibati binasına endirdiyi aviazərbələrindən sonra oradan naməlum yerə köçürülüb.

2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi alimi “İsrailə casusluq” ittihamı ilə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən təsdiq olunub.

Qeyd edək ki, Əhmədrza Cəlali əslən Güney Azərbaycanın Sarab mahalındandır. O, 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

# 1414 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər