"Oskar" mükafatı laureatı, 95 yaşlı amerikalı aktyor Cin Hekman və həyat yoldaşı Betsi Arakava evində ölü tapılıb.
Kulis.az xəbər verir ki, bu barədə “Sky News“ məlumat yayıb.
Onların meyiti ABŞ-nin Nyu-Meksiko ştatının Santa Fe şəhərindəki evlərində aşkarlanıb.
Qeyd edilib ki, aktyorun və həyat yoldaşının ölüm səbəbi hələlik dəqiq müəyyən edilməyib.
Hekman Uilyam Fridkinin 1971-ci ildə çəkdiyi "The French Connection" adlı filmindəki roluna görə "Ən yaxşı baş rol", Klint İsvudun 1992-ci ildə çəkdiyi "Western Unforgiven" filmindəki roluna görə isə "Ən yaxşı köməkçi aktyor" nominasiyalarında "Oskar" mükafatını qazanıb. APA