Məşhur aktrisa dəfn olundu - Sənətçi dostu dəfnə gəlməyənləri qınadı

Məşhur aktrisa dəfn olundu - Sənətçi dostu dəfnə gəlməyənləri qınadı
15 yanvar 2025
# 10:59

Xəbər verdiyimiz kimi, məşhur aktrisa və dublyaj sənətçisi Bedia Ener Öztep dünyasını dəyişib. 70 yaşında dünyasını dəyişən Öztep Teşvikiyə məscidində qılınan cənazə namazının ardıncaHekimbaşı qəbiristanlığında torpağa tapşırılıb.

Kulis.az xəbər verir ki, aktrisa ilə "Yaprak Dökümü"ndə birgə rol alan Halil Ergün həmkarlarını dəfn mərasiminə gəlmədiklərinə görə qınayıb.

"Vidalaşır bizimlə. Çox kədərliyik. Xəzan davam edir. Hər gün bir xəbər alırıq. Bilirsiniz, Edip Akbayram da indi eyni vəziyyətdədir. Bir nəsil beləcə yarpaq-yarpaq tökülüb gedir. Ard-arda gələndə isə dözülməz olur" - deyə, o, açıqlama verib.

Qeyd edək ki, Bedia Ener 15 iyun 1954-cü ildə İstanbulda anadan olub. 1968-ci ildə Bakırköy Cəmiyyət Mərkəzində başladığı aktyorluq karyerasına 1970-ci ildə Şəhər Teatrlarına girərək davam etdi. O, kino, serial və teatrda aktyorluq etməklə yanaşı, dublyaj aktyoru kimi də fəaliyyət göstərib. Sonuncu dəfə "Ada nağılı" serialında çəkilən Bedia Ener həyatının son illərini Ankarada keçirib.

# 2445 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər