Mərkakeşdə "Şuşa günləri" keçirildi

Mərkakeşdə "Şuşa günləri"  keçirildi
8 iyun 2024
# 15:33

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi, ICESCO və Dövlət Turizm Agentliyinin dəstəyi ilə iyunun 7-də ICESCO-nun Rabat şəhərindəki baş qərargahında “Şuşa günləri” tədbiri yekunlaşıb.

Kulis.az xəbər verir ki, tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov, Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin sədri Murad Ağabəyli, ŞŞDQİ-nin icraçı direktoru Tural Novruzov, xüsusi nümayəndəliyin, qoruğun əməkdaşları, həmçinin müxtəlif ölkələrin Mərakeşdə akkreditə olunmuş səfirləri, ICESCO rəsmiləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın təqdim etdiyi fotolardan ibarət sərgiyə baxış olub. Burada Şuşanın tarixi keçmişini, müharibədən əvvəlki və sonrakı vəziyyətini bərpa-quruculuq, yenidənqurma işlərini, əsrarəngiz təbiətini özündə əks etdirən müxtəlif fotolar sərgilənib, hər biri haqqında məlumatlar verilib.

Sonra qonaqlara XVIII-XIX əsrlərə aid Qarabağ milli geyimləri nümayiş olunub, onların tarixi haqqında məlumat təqdim edilib.

Tədbirin kulinariya bölümündə qeyd olunub ki, Azərbaycanın milli mətbəxində unikal iqlim şərtləri və formalaşma tarixi ilə təkrarsız məhsulların coğrafiyası olan Qarabağ regionu, xüsusilə mədəniyyət beşiyimiz Şuşanın mətbəxi dünya qastronomiyasında özünəməxsus yer tutur. Şuşa mətbəxinin Mərakeş mətbəxi ilə ortaq tərəflərini tərənnüm edən menyu pip dolması, kabab büryan, firni, boyanalı aş, Qarabağ kətəsi, reyhan şərbətindən ibarət olmaqla hazırlanıb. Eləcə də təndir kimi milli bişirmə alətlərində təqdim olunan menyu Şuşanın qeyri-maddi mədəni irsindən ibarət mədəni proqramın bir hissəsi kimi nümayiş etdirilib. Şuşa mətbəx nümunələrini dadmaq şansı əldə edən qonaqlara, həmçinin ölkəmizin turistik qastronomiya marşrutları haqqında da məlumat verilib.

Qarabağımıza, Şuşamıza həsr edilən səyahət konsert proqramı ilə davam edib. Konsertdən əvvəl ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov çıxış edib, “Şuşa günləri”nin önəmindən, 30 il işğal altında qalmış tarixi şəhərin bu gün yenidən dirçəlməsindən, Şuşada keçirilən beynəlxalq səviyyəli tədbirlərin hər birinin əhəmiyyətindən söz açıblar.

Daha sonra söz Azərbaycanın tanınmış incəsənət xadimlərinə verilib. Şuşamıza həsr olunan videoçarxın nümayişindən sonra təqdim olunan konsert proqramında Qarabağı, Şuşanı vəsf edən mahnılar səsləndirilib, Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərinin ifasında milli rəqslərimiz ifa edilib.

# 1968 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər