“Məmməd İsmayılın iztirablar içində sonunu gözləməsi faciədi” - Açıqlama

“Məmməd İsmayılın iztirablar içində sonunu gözləməsi faciədi” - Açıqlama
15 fevral 2024
# 17:10

“Məmməd İsmayılın vəziyyəti heç ürəkaçan deyil. Görkəmli şairimizin bu halda olması, ömrünün bu çağında ona qarşı laqeyd münasibət heç birimizə başucalığı gətirməz”.

Bu sözləri “Kulis”ə açıqlamasında şair Ehtiram İlham deyib. O qeyd edib ki, Məmməd İsmayılın səhhəti ilə bağlı lazımi qurumlar təşəbbüs göstərməlidir:

“İnanın, Məmməd İsmayıl heç vaxt giley-güzarını dilə gətirməyib. İndi də dişini dilinə sıxıb ağrılarla mübarizə aparır. Amma onun bu vəziyyətinə biganəlik mənim kimi neçə-neçə qələm adamını məyus edir. Açıq deyim, əlimizdən də nəsə gəlmir. Gözümüz görə-görə Məmməd İsmayılın iztirablar içində sonunu gözləməsi faciədi. Ağrılara dözümü qalmayıb”.

E.İlham aidiyyatı qurumları Məmməd İsmayılın səhhətini nəzarətə götürməyə səsləyib: “Məmməd İsmayıl təsadüfi şəxsiyyət deyil. Hər şeydən əvvəl o, Azərbaycanın sevimli şairidir. 1966-1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975-1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976-1980-ci illərdə "C.Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980-1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983-1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988-1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru, 1992-1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" komitəsinin sədri vəzifələrində çalışıb. Bədii yaradıcılıqla yanaşı, Məmməd İsmayıl uzun illər Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olub, professor dərəcəsinə qədər yüksəlib.

Şükür Allaha ki, dövlətimizin hər cüm imkanları var. İndiyə qədər onlarla dəyərli sənətkar, qayğıya ehtiyacı olan mədəniyyət xadimi müalicə olunub, onlara xüsusi qayğı göstərilib. Heydər Əliyev Fondu xüsusən bu məsələlərdə diqqətcil olub, humanistliyini, yardımsevərliyini sərgiləyib. Mən həm öz adımdan, həm də qələm yoldaşlarım adından aidiyyatı qurumlardan xahiş edirəm ki, Məmməd İsmayılın qapısını döyüb vəziyyətinə şahid olsunlar, səhhəti nəzarətə götürülsün. İnanıram ki, səsimizə səs verəcəklər”.

# 4545 dəfə oxunub

Oxşar xəbərlər

Rəşad Məcidə ağır itki üz verdi

Rəşad Məcidə ağır itki üz verdi

10:33 15 noyabr 2026
Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər