Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər - Habil Əliyev ölüm anında ağlaya-ağlaya nəyi etiraf etdi?

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər - Habil Əliyev ölüm anında ağlaya-ağlaya nəyi etiraf etdi?
8 sentyabr 2022
# 15:00

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. Kulis.az onun haqqında 10 maraqlı faktı təqdim edir.

1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

2. Xanəndə Yaqub Məmmədovla uşaqlıq dostu olublar. Müharibədən sonrakı aclıq illərində qapı-qapı düşüb konsert verir, pul yığıb ailələrini dolandırırmışlar. Camaat danışırmış ki, iki qaraçı uşağı var, yaman qəşəng çalıb oxuyurlar.

3. Qardaşı Qabillə tar kursuna gedirlər, Qabil tarda istedadsız olur, heç nə çala bilmir, notu hiss eləmir. Habil isə hər şeyi dəqiqliklə öyrənir. Bir gün atası onları yoxlayır. Qardaşı tarı sinəsinə basıb səhv, ağlına gələni çalır, amma uzun-uzadı çalır, Habil isə öyrəndiyi bir-iki notu ifa edir. Bunu görən atası Habilin boynunun ardından bir şapalaq vurub deyir: “Səndən bir şey çıxmaz, gör qardaşın necə gözəl çalır?!”

4. Günlərin birində Habil Əliyev Qəbələnin Qəmərban kəndinə toya gedir. Toyda gələcək həyat yoldaşı Şərqiyyə xanımla tanış olur. Şərqiyyə xanım o vaxtı 9-cu sinifdə oxuyurmuş. Onlar 1954-cü ilin avqust ayında ailə qururlar. Çoxları Habili məktəb şagirdi ilə ailə qurduğu üçün hədələyir. Bu evlilikdən onların dörd övladı olur.

***

5. Bir gün Habilə deyirlər, get kaman ustası Nefton Qriqoryanın yanına, o, sənə kamançada axtardığın səsi tapmaqda kömək edəcək. Nefton Qriqoryan Habili başa düşür, ancaq ona kömək etmir. Habil hərləyib-fırlayıb bir gün onu içirdir. Nefton deyir ki, kamançanın çanağına içəridən xrustal qırıqları yapışdırsan, sən deyən səsi verər. Ancaq o dövrdə xrustal qab tapmaq müşkül məsələ idi. Xəbər Əlibaba Məmmədova çatır. O, evə gəlib həyat yoldaşının cehizlik qabını qəsdən salıb sındırır, sonra isə şüşə qırıqlarını yığıb Habilə verir. Üstündən bir müddət keçəndən sonra küçədə təsadüfən rastlaşırlar. Habil kamançanın futlyarını çıxarıb kəmanəni necə çəkirsə, Əlibaba Məmmədov dəhşətə gəlir.

6. İranda qastrol səfərində olanda konsert vaxtı Habil kamançanı necə ifa edirsə, İran muğamının Tanrısı hesab olunan Şajaryan Habil Əliyevin qarşısında ikiqat olub təzim edir.

***

7. Çox qısqanc kişi olub. Ölən gününə qədər həyat yoldaşını hamıya qısqanıb. Hətta ömrünün son günlərində, ən ağır vaxtlarında belə bu xasiyyətinə görə evinə Babək Niftəliyev və Ehtiram Hüseynovdan başqa heç bir musiqiçi gəlməyib.

***

8. Ömrünün son günlərində səsi batır, çətin danışır. Bir gün televizorda hansısa kanalda onun yaradıcılıq gecəsi keçirilir. Öz ifasında "Zabul segah"ı verirlər. Habil Əliyev öz çalğısına baxır və gözündən yaş axır. Daha sonra həyat yoldaşına tərəf çevrilib pıçıltıyla deyir: "Şərqiyyə, belə çalğı bir də heç vaxt olmayacaq".

9. Ermənilər Habilin kamançada tapdığı səsi itirdirlər. O, müsahibələrinin birində bu haqda deyir: “Mənim kamançama erməni ustaları xəyanət elədi. Birinə etibar elədim, kamanı verdim ki, üzünün dərisini dəyişdirib gətirsin. İçini açıb, çanağını yonmuşdu. Soruşanda dedilər, səsi yaxşı çıxsın deyə belə eləmişik. Amma mən çala bilməyim deyə qəsdən eləmişdilər. Ondan sonra bir az kamandan uzaqlaşdım. Rəhmətlik Əhsən müəllimlə (Əhsən Dadaşov – red.) Hindistanda bir yerdə idik. Möhkəm ağladım. O dedi, darıxma, gedib birini də düzəltdirərsən. Dedim, ağac da çoxdur, kamança da çoxdur, amma mən o səsi itirdim. O, mənim ürəyimin səsi idi. Kaman istidən partlamışdı. Oranın istisi dəhşət olur. Avtobusla 300 km-lik yol gedirdik. SSRİ zamanı idi. Azərbaycandan gedən sənətkarlara qayğı göstərən kim idi? Hamısı ruslar idi. Bir qab buz qoymuşdular ki, dəhşətli istiyə dözə bilək. Konserti birtəhər yola verdim. Amma özüm kimi çalmadım".

10. Habil Əliyevə qədər Bakıda ən məşhur müğənniləri erməni kamança ifaçıları müşayiət edirdi. O, gələndən sonra vəziyyət dəyişdi. Habil kamançanı ermənilərin əlindən aldı! Qarabağ münaqişəsi başlayandan sonra ermənilərin kamança alətini özününküləşdirmək təşəbbüsü daha geniş vüsət aldı. Bu hadisələri həssaslıqla izləyən Habil Əliyev çox müdrik bir söz söyləmişdi: “Məndən yaxşı çalsınlar, kamança olsun onların!” Bu isə mümkün deyildi! Habillə düşmənçiliklərinin kökündə də elə bu fakt dayanırdı.

# 28598 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı Rüfət Əhmədzadə vəfat etdi

Yazıçı Rüfət Əhmədzadə vəfat etdi

16:30 22 iyul 2026
Xalq şairi Səməd Vurğun haqqında kitab çap olundu

Xalq şairi Səməd Vurğun haqqında kitab çap olundu

16:12 22 iyul 2026
“22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”  adlı sərgi açıldı

“22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı sərgi açıldı

13:32 22 iyul 2026
Yazıçılar İttifaqının binasında ov tüfəngi ilə atəş açaraq intihar edən yazıçı kim idi?

Yazıçılar İttifaqının binasında ov tüfəngi ilə atəş açaraq intihar edən yazıçı kim idi?

13:00 22 iyul 2026
"Çəhrayı Pantera" filmində solo ifa edən saksafonçu vəfat etdi

"Çəhrayı Pantera" filmində solo ifa edən saksafonçu vəfat etdi

12:30 22 iyul 2026
Çar senzurasından qaçanlar, milyonçuların maliyyələşdirdiyi nəşrlər – Mətbuat tariximizin ilk 10 qəzet və jurnalı

Çar senzurasından qaçanlar, milyonçuların maliyyələşdirdiyi nəşrlər – Mətbuat tariximizin ilk 10 qəzet və jurnalı

12:00 22 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər