Meksikada Azərbaycan muğamı gecəsi keçirildi

Meksikada Azərbaycan muğamı gecəsi keçirildi
6 noyabr 2023
# 11:10

“Heydər Əliyev İli” ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Mexiko şəhərində yerləşən Milli İncəsənət Mərkəzinin Blas Qalindo Auditoriyasında Azərbaycan muğamı konserti keçirilib.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya səfirlikdən bildirilib.

Qeyd edilib ki, UNESCO üzrə Azərbaycan milli komissiyası və ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin birgə təşkilatçılığı, Meksika Mədəniyyət Nazirliyi və Milli İncəsənət Mərkəzinin dəstəyi ilə keçirilən konsertdə Milli Konqres, Senat və digər dövlət və hökumət qurumlarının rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri, yerli KİV təmsilçiləri, işgüzar və elmi dairələr, gənclər və icma təşkilatları üzvlərinin, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz, o cümlədən yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov qonaqlara Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğu barədə məlumat verib. Daha sonra o, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi və xalqın tərəqqisi istiqamətindəki müstəsna xidmətləri haqda məlumat verib, məhz Ulu Öndərin ən çətin dönəmdə Azərbaycanı xaos və dərin böhrandan çıxardığını, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirdiyini bildirib.

O, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rolundan bəhs edib, onun təşəbbüsü ilə reallaşan dünyamiqyaslı iqtisadi layihələri nəticəsində Azərbaycan iqtisadiyyatının böhrandan qurtulduğunu və böyük iqtisadi inkişafa nail olunduğunu bildirib. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olan bu layihələr sayəsində bu gün Avrasiyanın enerji və nəqliyyat xəritələrinin tamamilə dəyişdiyini, bu sahələrdə qitə miqyasında yeni reallığın yarandığını qeyd edib.

Tədbir iştirakçılarına, üç il bundan öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə uyğun olaraq, 44 günlük müharibə nəticəsində 30 ilə yaxın davam edən işğala son qoyulduğunu bildirən diplomat, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış və ölkəmizin ərazi bütövlüyünün bərpasının rəmzi tarixi hesab edilən 8 Noyabr - Zəfər Günü önəmi barədə məlumat verib.

Səfir, həmçinin muğamın Azərbaycanın musiqi mədəniyyətində tutduğu müstəsna rolundan danışıb, onun 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayıb.

Daha sonra çıxış edən Meksika Milli İncəsənət Mərkəzinin Baş İdarəsinin Akademik direktoru Antonio Zunyiqa Çaparro Meksika Mədəniyyət naziri Alexandra Fausto Gerreronun salamlarını tədbir iştirakçılarına çatdıraraq, coğrafi baxımdan bir-birinə uzaq olmasına baxmayaraq, mədəniyyətin, xüsusilə də milli musiqilərimizin ölkələrimizi daha da yaxınlaşdırdığını qeyd edib, Azərbaycanın qədim musiqi janrı olan və UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş muğamın Mexiko şəhərinin ən böyük auditoriyalarının birində səsləndirilməsindən məmnunluq duyduğunu bildirib.

Sonra “Qarabağ” musiqi qrupunun rəhbəri, görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Elçin Həşimov (tarzən), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) ifasında Azərbaycan muğamının inciləri, xalq mahnıları, o cümlədən Meksika musiqi nümunəsi səsləndirilib. Konsert tədbir iştirakçılarının böyük marağına səbəb olub və gurultulu alqışlarla qarşılanıb. Konsert həmçinin “Canal 23” televiziya kanalının efirində və kanalın sosial şəbəkə hesablarında canlı yayımlanıb, eləcə də yerli mediada işıqlandırılıb.

Tədbirdə həmçinin, qonaqlara Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən fotosərgi nümayiş olunub.

# 1311 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan kinosunun Qəmlosu -  Şöhrətin arxasındakı kədər

Azərbaycan kinosunun Qəmlosu - Şöhrətin arxasındakı kədər

12:00 7 iyun 2026
Van Qoqun dostu, Taiti gözəllərinin vurğunu – Pol Qogen kim idi?

Van Qoqun dostu, Taiti gözəllərinin vurğunu – Pol Qogen kim idi?

11:00 7 iyun 2026
"Həddindən artıq gerçək!" - Papanın rəsmini çəkən dahi

"Həddindən artıq gerçək!" - Papanın rəsmini çəkən dahi

14:09 6 iyun 2026
Dünyaya təqdim olunan 50 sovet şairi arasında Səməd Vurğun niyə yoxdur?

Dünyaya təqdim olunan 50 sovet şairi arasında Səməd Vurğun niyə yoxdur?

12:51 6 iyun 2026
Bakıda ABŞ məzunları sərgisi təşkil edildi

Bakıda ABŞ məzunları sərgisi təşkil edildi

12:27 6 iyun 2026
Elçin Şamillinin “Katarsis”  sərgisi açıldı

Elçin Şamillinin “Katarsis” sərgisi açıldı

11:41 6 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər