Məhkəmə İTV-ni 3 min manat cərimələdi

Məhkəmə İTV-ni 3 min manat cərimələdi
15 avqust 2024
# 17:19

Məhkəmə İTV-ni cərimələyib.

Kulis.az xəbər verir ki, bu barədə Audioviovizual Şura məlumat yayıb.

Həmin proqramın yayımı zamanı aparıcının masa üzərindəki alkoqollu içkinin xüsusiyyətlərini təsvir etməsi və həmin şəhərə gələndə onun içilməsini tövsiyə etməsi faktı "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.3-ci maddəsində öz əksini tapmış "uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya" olmaqla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir. Həmin Qanunun 9.3-cü maddəsinə uyğun olaraq "18+" yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir.

"İTV" televiziya redaksiyası proqramın yayımı zamanı qeyd olunan qanunvericilik tələblərinə riayət etməmiş və bununla da, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Bununla bağlı, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 02 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilmişdir. 13 avqust 2024-cü il tarixində Yasamal Rayon Məhkəməsində işə baxılmış və məhkəmənin müvafiq qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti üç manat məbləğində cərimə edilib.

# 2128 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər