Mədəniyyət Nazirliyində Mərakeşin media təmsilçiləri ilə görüş keçirildi

Mədəniyyət Nazirliyində Mərakeşin media təmsilçiləri ilə görüş keçirildi
10 fevral 2024
# 12:30

Mədəniyyət Nazirliyində ölkəmizdə səfərdə olan Mərakeş Krallığının nüfuzlu media orqanlarının təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə Mərakeşin “Məqrib ərəb press” agentliyinin redaktoru Mohammed Asvab, “L’Opinion” nəşrinin redaktoru Anass Machloukh, “Le Matin” dərgisinin redaksiya direktoru Souhail Nhaili və bu ölkənin bir sıra digər media nümayəndələri iştirak ediblər.

Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli ölkəmizin qədim və zəngin mədəniyyəti haqqında məlumat verib, həmçinin Azərbaycanla Mərakeş Krallığı arasında mədəni əlaqələrdən danışıb.

Bildirilib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri ICESCO tərəfindən 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu il eyni zamanda Mərakeş Krallığının Mərakeş şəhəri də “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirir. “Paytaxt ili” çərçivəsində birgə fəaliyyət barədə məsələlər müzakirə olunub.

# 1970 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər