Mədəniyyət Nazirliyində 257,9 min manat vəsait səmərəsiz istifadə edilib

Mədəniyyət Nazirliyində 257,9 min manat vəsait səmərəsiz istifadə edilib
11 aprel 2023
# 11:40

Hesablama Palatası 2022-ci ildə Mədəniyyət Nazirliyinin 2020-2021-ci illərdə keçirdiyi dövlət satınalmalarının qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğu, bu sahədə daxili nəzarət işinin təşkili vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə audit aparıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, audit nəticəsində aşağıdakılar müəyyən edilib:

Satınalmaların planlaşdırılmaması və ya tələb olunan müddətlərdə planlaşdırılmaması funksional fəaliyyətin təmin olunması zamanı dövlət ehtiyaclarının rəqabətli mühitin formalaşması ilə ödənilməsi imkanlarını məhdudlaşdırmış, funksional fəaliyyətin icrası məqsədilə əvvəlcədən məlum istiqamətlər üzrə də satınalmaların vaxtında keçirilməməsi ilə nəticələnib.

2020-2021-ci illərdə ümumilikdə 68 halda malların (işlərin və xidmətlərin) haqqının ödənilməsinin satınalma proseduru olmadan xərc edildiyi müəyyən olunub.

Bəzi hallarda ehtimal olunan qiymətin hesablanması zamanı mövcud potensialın tam diqqətə alınmaması, həmçinin bir sıra hallarda ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi, zəruri kalkulyasiyaların aparılmaması daha yüksək qiymətlərin tətbiqinə şərait yaradıb. Ümumilikdə 5058,6 min manat məbləğində müqavilə çərçivəsində həmin vəsaitin 25,2%-i qədər əlavə vəsait ödənilib. Eləcə də, auditin əhatə etdiyi və bu dövrdən əvvəlki ildə tətbiq olunan qiymətlərin müqayisəsi 2020-2021-ci illərdə qiymətlərin bəzi hallarda aşağı olmadığını vurğulamaq imkanı verib.

Bir sıra hallarda isə əsas şərtlər toplusuna uyğun olmayan tender təkliflərini təqdim edən iddiaçılar müsabiqədən kənarlaşdırılmayıb, bəzi hallarda isə həmin iddiaçılar qalib seçilib. Bu isə sifarişçi tərəfindən başa çatdırılmadan müqavilələrə xitam verilməsi, müqavilələrin 50,0%-dən çoxunun isə subpodrat müqavilələr çərçivəsində icra olunmasına şərait yaradıb.

Müqavilələr bəzi hallarda malların, işlərin və xidmətlərin faktiki alındığı tarixlərdən sonra bağlanaraq 1240,0 min manat vəsait ödənişi həyata keçirilib ki, bu da sonradan aparılmış satınalma prosedurlarının formal xarakterli olduğunu göstərir.

Bağlanmış müqavilələrin şərtlərinə bir sıra hallarda əməl olunmayıb ki, bu da, öz növbəsində, bəzi hallarda müqavilələrin büdcə ili ərzində tam icra olunmasını təmin edərək ilin sonunda geri qaytarılmaması məqsədilə vəsaitlərin qabaqcadan ödəniş edilməklə və ya akkreditiv hesablara köçürülməklə 2027,0 min manatın podratçıların sərəncamında və akkreditiv hesablarda istifadəsiz saxlanması ilə nəticələnib.

Malların mədaxil və məxaric sənədlərinin düzgünlüyü, tərəflərin öhdəlikləri, müqavilələrin icrası vəziyyəti ilə bağlı toplanmış audit sübutları ilə bəzi müqavilələr üzrə öhdəliklər tam yerinə yerinə yetirilmədən vəsait ödənildiyi müəyyən olunub.

Nazirlik tərəfindən dövlət satınalmalarının vaxtında və əsaslı şəkildə planlaşdırılması üzrə fəaliyyətin təmin olunmaması bir sıra hallarda dövlət büdcəsi vəsaitinin ilkin təyinatının dəyişdirilməsi ilə nəticələnib, ümumilikdə dövlət büdcəsi xərclərinin 1283,3 min manatının iqtisadi təsnifat və 634,4 min manatının isə funksional təsnifat üzrə ilkin təyinatının dəyişdirilməsi proqnoz və icra göstəricilərinin təhrifinə şərait yaradıb.

Satınalmaların və funksional fəaliyyətin uzlaşmış şəkildə planlaşdırılmaması tabeliyindəki təsərrüfatlı qurumların saxlanılması və ictimai birliklərə vəsait yönəldilməsi ilə nəticələnmiş, bəzi hallarda təsdiq edilmiş xərc istiqamətləri dəyişdirilməklə 1944,7 min manat vəsait istifadə edilib. Bu isə funksional fəaliyyətin icrası üçün ayrılmış vəsaitin nəticəliliyinin təmin olunmasında, eləcə də qəbul edilmiş məqsədlər üçün dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin məqsədlər üzrə istifadəsində əhəmiyyətli risklərə yol açıb.

Auditin əhatə etdiyi dövrdə Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin kənar müəssisələrə ötürülməsi səbəbindən 257,9 min manat məbləğində dövlət vəsaitinin səmərəsiz istifadəsinə şərait yaradılıb ki, bu da funksional fəaliyyətin Əsasnaməyə uyğun şəkildə həyata keçirilməsində riskləri formalaşdırıb.

Ehtimal olunan qiymətin hesablanmaması fonunda bağlanmış müqavilələr çərçivəsində alınması nəzərdə tutulmuş malların, işlərin və xidmətlərin konkret müəyyənləşdirilməməsi, müqavilələrin icrası ilə bağlı təsdiqedici sənədlərin də müvafiq qaydada tərtib olunmaması və ya ümumiyyətlə təqdim edilməməsi nəzərdə tutulmuş məqsəd və əldə edilmiş nəticələr arasında uyğunluğun qiymətləndirilməsində əsaslı riskləri formalaşdırmaqla bu müqavilələr üzrə 563,9 min manatın icrasının əsaslılığının qiymətləndirilməsinə şərait yaratmayıb.

# 1480 dəfə oxunub

Oxşar xəbərlər

Üç dəfə infarkt keçirən, qəbri açılan Gülşən Qurbanova kimdir?

Üç dəfə infarkt keçirən, qəbri açılan Gülşən Qurbanova kimdir?

18:12 17 noyabr 2025
Gülər Natiq İsaqın imza günü keçiriləcək

Gülər Natiq İsaqın imza günü keçiriləcək

16:40 17 noyabr 2025
İspan yazıçının romanı əsasında film çəkilib

İspan yazıçının romanı əsasında film çəkilib

15:52 17 noyabr 2025
Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa  qatı cinayətkar?

Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa qatı cinayətkar?

15:00 17 noyabr 2025
Gənc pianoçunun Berlində solo konserti keçirilib

Gənc pianoçunun Berlində solo konserti keçirilib

14:50 17 noyabr 2025
Həmid Herisçi:  "Müəllif üçün əsərini qısaltmaq onu sünnət eləmək kimi bir şeydir... " - Müsahibə

Həmid Herisçi: "Müəllif üçün əsərini qısaltmaq onu sünnət eləmək kimi bir şeydir... " - Müsahibə

12:30 17 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər