Mədəniyyət Nazirliyi Kadr Ehtiyatı Bankı yaradır

Mədəniyyət Nazirliyi Kadr Ehtiyatı Bankı yaradır
13 iyul 2023
# 14:50

Mədəniyyət sahəsində aparılan institusional islahatlara ixtisaslı və təcrübəli insan resurslarının cəlb edilməsi, təhsil və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv kadrların seçilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən Kadr Ehtiyatı Bankı formalaşdırılmağa başlayıb.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, Kadr Ehtiyatı Bankı mədəniyyət sahəsində ixtisaslaşmış, təcrübəli, bilikli, idarəçilik keyfiyyətlərinə malik, dövlət, özəl və ya özünəməşğulluq sahəsində fəaliyyət göstərən şəxslərin qanunvericiliyə uyğun olaraq yaradılan və mühafizə edilən, dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında kadr mübadiləsinin gücləndirilməsinə xidmət edən məlumat bazasıdır.

Mədəniyyət Nazirliyi aşağıdakı meyarlardan hər hansı birinə uyğun olan şəxsləri buradakı keçid vasitəsilə qeydiyyatdan keçərək səhifədə qeyd edilən məlumatları daxil etməklə Kadr Ehtiyatı Bankına müraciət etməyə dəvət edir:

- İncəsənət, ədəbiyyat, mədəni və yaradıcı sənayelər, mədəni irs və mədəniyyətə aid edilən digər sahələr üzrə ali təhsili olan şəxslər;
- İdarəetmə sahəsində ali təhsili olan və mədəniyyət sahəsi üzrə azı 3 il təcrübəsi olan şəxslər;
- Mədəniyyət sahəsi üzrə xarici ölkələrdə ali təhsil almış və ya işləmiş şəxslər;
- Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilməklə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə və ya Gənclər üçün Prezident Mükafatına layiq görülmüş şəxslər.

# 2303 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər